Kəlbəcər yaylaqları artıq nisgilin deyil, bərəkətin ünvanıdır. Yerli sakinlər və çobanlar köç yolları ilə doğma dağlara dönür, təbiət canlanır, həyat axarına qovuşur. Bu dönüş yalnız təsərrüfat baxımından deyil, həm də mənəvi qayıdış və torpağa bağlanma kimi dəyərləndirilir. Dalidag.az İTV-nin Kəlbəcər yaylaqlarından hazırladığı videosüjeti təqdim edir:

“Rusiyanın Kamçatka vilayətində baş verən güclü zəlzələ, dünyada artan seysmik və tektonik aktivliyin bariz göstəricisidir”. Dalidag.az xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev modern.az-a açıqlamasında deyib. O bildirib ki, baş verən güclü zəlzələdən bir qədər əvvəl Kamçatka ərazisində hiss edilən yüngül təkan baş verib. “Mən bu təkanı qeydlərimdə "foreşok" - yəni əsas zəlzələdən əvvəl hiss olunan xəbərdaredici təkan kimi qiymətləndirmişdim. Belə güclü
Yazı axını