Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür. Dalidag.az

İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib. DSX-dan verilən xəbərə görə, faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət

8 iyun Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb. Dalidag.az offsideplus.az-a istinadən xəbər verir ki, açılış oyununda millimiz Ermənistan yığması ilə qarşılaşıb və rəqib üzərində 21-9 hesablı parlaq qələbə qazanıb. "B" qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu, Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icrasını davam etdirirlər. Dalidag.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara

Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol millilərinin Kosovonun Priştina şəhərində təşkil olunacaq Avropa Kubokunun təsnifat mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb. Turnirdə mübarizəyə öncə kişi basketbolçularımız start verəcək. Komanda ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq. Oyunların təqvimini təqdim edirik: 8 iyun Kişilər 11:30. Ermənistan - Azərbaycan 16:10. Azərbaycan - Kosovo 19:40. Kipr -

“Azərbaycan və Ermənistan sərhədinin Tavuş istiqamətində aparılan demarkasiya birinci mərhələdir. Çünki demarkasiya deyilən proses bir neçə mərhələyə bölünür. Birinci mərhələnin belə hamısının şahidi olmamışıq”. Bu iddia ilə erməni türkoloq Varuzan Geqamyan çıxış edib. Geqamyan iddia edir ki, iyul ayında Azərbaycana yeni ərazilərin qaytarılması gözlənilir. “İyulda Tavuş və Ararat bölgəsində (Naxçıvan istiqamətində-red) yeni güzəştlər olacaq. Azərbaycanın Sevan (Göyçə) bölgəsində tələbləri var.

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən şəhid Rövşən Məcid oğlu Əliyevin qalıqları Abşeronda torpağa tapşırılıb. Dalidag.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhid Rövşən Məcid oğlu Əliyevlə Xırdalanda, ailəsin yaşadığı ünvanda vida mərasimi keçirilib. Şəhidin qalıqları Xırdalan şəhidlər xiyabanında dəfn olunub. Dəfndə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin

Nikol Paşinyan Kirantsdakı bəzi əraziləri Azərbaycana təhvil verir. Dalidag.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri erməni jurnalist Oskan Sərkisyan deyib. O, fotodakı “erməni ocağı”nın neytral zonaya çevrildiyini deyib: “1992-ci ildən həmin obyekt və onun ətrafındakı geniş ərazilər Ermənistan tərəfindən istifadə olunmur. Yəqin ki, neytral zonaya çevrilib. Nikol Paşinyan “erməni ocağı”nı və bəzi obyektləri demarkasiya adı altında Azərbaycana təhvil verir”. Qeyd edək ki,

Bu gün işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür. Dalidag.az xəbər verir ki, 2021-ci ilin bu günü Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb Nticədə üç

Yer təkinin istifadəyə verilməsi üzrə Şərqi Zəngəzur coğrafi-iqtisadi rayonunda ilk dəfə hərrac təşkil olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib. Bildirilib ki, hərrac iyunun 12-də Zəngilan rayonunun Ağalı kəndində olacaq. Laçın rayonundakı “Əhmədli” və Qubadlının “Hacılı” əhəng daşı yataqları hərraca çıxarılacaq. Dağ-mədən fəaliyyətilə məşğul olan və hərraca qatılmaq istəyən fiziki və hüquqi şəxslər Dövlət
Yazı axını