Reklam

Daha bir hərbçimiz erməni terrorurunun qurbanı oldu. Dalidag.az xəbər verir ki, "N" saylı hərbi hissənin qərargah rəisi, polkovnik- leytenant Əkrəm Yunis oğlu Şadmanov bu gün Xocəvənd rayonunda minaya düşərək həlak olub. Qeyd edək ki, Ə.Şadmanov Kəlbəcərin Zivel kəndindəndir. Allah şəhidimizə rəhmət eləsin! Dalidag.az

Tərk-silah edilən erməni dəstələrinin Ağdərədən çıxmasını əks etdirən video-görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, görüntülərdən ermənilərin Ağdərə ərazisini kütləvi şəkildə tərk etdiyi aydın olur. Həmin anların görüntülərini təqdim edirik:

Qarabağda qanunsuz məskunlaşan ermənilər Şuşa şəhərinin Sarıbaba kəndini tərk edib. Dalidag.az xəbər verir ki, onlar Ermənistana getmək istədiklərini bildiriblər. Razılaşmaya əsasən, Rusiya sülhməramlılarının müşayiəti ilə onlar artıq Ermənistanın Kornidzor şəhərinə çatıblar. Dalidag.az

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı

Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.
Yazı axını
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
Ən çox oxunanlar





























