İstiqlal şairi Əhməd Cavadın doğum günüdür - VİDEO

05-05-2020 22:16
            
İstiqlal şairi Əhməd Cavadın doğum günüdür - VİDEO

Onu ən çox "Çırpınırdı Qara dəniz" şeiri ilə yad edirlər. Amma əslində, o öz əbədiyyət bayrağını müstəqil Azərbaycanın səmasına çoxdan çəkib. 127 il əvvəlin bu günü dünyaya gözlərini açan istiqlal şairi Əhməd Cavad 29 ildir, bu ölkədə elə layiq olduğu kimi, ayaqüstə dinlənilir!


Yasamal qəbiristanlığında onun xatirəsini əbədiləşdirən, üzərində məşhur "Susmaram" şeirinin misraları yazılan bir mərmər lövhə var. Qara dənizin çırpınan dalğalarına şeir yazan şair bu balaca mərmərdən boylanır bizə. Onu bu dünyadan Vətən, millət dərdi, övladlarını isə ata dərdi aparır. Oğlu Yılmazın ürəyində bir ata məzarının yoxluğu kök salır.

Bir millətə himn yazan şairin soyundan olmaq, onun soyadını daşımaq necə hissdir görəsən?

Əziyyətlər içərisində keçən bir ömür- həbslər, xəyanətlər, o ömürdən geriyə qalanların bağrında yaraya çevrilməyib ki?..

Əhməd Cavad bir yox, bir neçə dəfə həbs olunur. Hər dəfə də evində axtarış aparılır, onun bütün əlyazmaları məhv edilir. Üçüncü və sonuncu dəfə onu həbs etməyə gələndə oğlu Niyazi dəftəri gizlədir. Ailə indi o yazıları çapa hazırlayır.

Bu həbsin bir də ağır şahidi var. Əhməd Cavadı İçərişəhərdə kirayə qaldığı mənzildə həbs edirlər. Bu gedişin dönüşü olmur. Əhməd Cavad qayıtmır. Allah sənə rəhmət eləsin, Əhməd Cavad! Bu gün çiçək qoymağa bir məzarın olmasa da, sən böyük və bötüv bir xalqın ürəyində öz heykəlini ömürlük ucaltmısan! Əbədiyyətin mübarək!
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Dalidag.az


Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 05-05-2020 22:16
Baxış sayı: 3465
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını