Erməni terrorçuları 1992-ci ildən etibarən Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı əraziləri işğal edərək neçə-neçə soydaşlarımızı amansızlıqla qətlə yetiriblər. Çoxlu sayda sakinləri torpaqlarından didərgin salıblar. Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, xalqımızın zəngin folklor, musiqi, ədəbiyyat nümunələri və digər mənəvi sərvətlərini vəhşicəsinə talan ediblər. Ermənilər Qarabağda 22 muzeyi məhv edib. Onlardan ən böyüyü Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi olub.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Biləsuvar rayonu, Səmədabad kəndi, Səmədabad kənd klubunun inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər Qocayev səyyar

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. Delidag.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə bu günə təyin olunan proses təxirə düşüb. Buna səbəb təqsirləndirilən şəxsin məhkəməyə gətirilməməsi olub. Məhkəmə cinayət işinin Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilməsi barədə qərar qəbul edib. Məhkəmə prosesi dekabrın 4-də keçiriləcək. Qeyd edək ki, bu il avqustun

Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən Kəlbəcərdən olan şair Nuridə Misir dünyasını dəyişib. Xanım şair uzun müddət böyrəyində olan problemdən əziyyət çəkirdi. Bir neçə ay öncə Bakıda oğlundan Nuridə Misirə böyrək köçürülmüşdür. Allah rəhmət eləsin!

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır. Dalidag.az xəbər verir ki, Qaqik Voskanyanın cinayət işinə Bakıda baxılacaq. Proses sabah Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Dalidag.az bildirir ki, Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti

YAP Kəlbəcər rayon Təşkilatının yaranmasının 30 illik yubleyi qeyd olunub. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP fəalları iştirak edib. İlk öncə tədbir iştirakçıları İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Zərdab rayonu, Təzəkənd kəndi, Kəlbəcər rayon 81 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı

25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür! Rəfail Tağızadə Təbiəti dünyaca gözəl, insanları mərd, igid Kəlbəcər. Hər ağacı bir əsgər, hər qayası bir sipər Kəlbəcər. Dolanbacları adamı azdıran, İstisuyu Tərtər çayına qarışmayıb, bir müddət buğlana-buğlana axan, bıçaqla kəsilən pendir kimi kəsilmiş qayalarından damcı-damcı su süzülən, səmasından Dədə Şəmşirin səsi eşidilən Kəlbəcər. Xatirələrə söykənib səndən danışıram. Əzəmətli Murovu- na, Dəlidağına qalxıram. Ovcumu donduran bulaqların buz kimi
Yazı axını