Kəlbəcər işğala məruz qalmış Qarabağ torpaqlarımızın sahəsinə görə ən böyük və yeraltı sərvətlərinə görə ən zəngin rayonudur, hətta bəzi coğrafi parametlərinə, məsələn, dəniz səviyyəsinə görə ölkəmizin ən hündür, relyefinə görə isə ən dağlıq ərazisidir. Rayon ərazisinin əksər hissəsi dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə yerləşir və onu qala kimi hər tərəfdən əhatə edən Murovdağ, Şərqi Göyçə, Mıxtökən kimi silsilə dağların əksər zirvələrinin hündürlüyü 3000 m-dən artıqdır (Gamışdağ-3724 m,

Yaxın vaxtlarda Kəlbəcər, Şuşa və Qubadlı şəhərlərinin Baş Planları təsdiq ediləcək. Dalidag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib. "Həmin şəhərlərin razılaşdırma sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir", - deyə o əlavə edib. Dalidag.az

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru Həqiqət Məmişovanın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan" adlı tədbir keçirilmişdir. Dalidag.az xəbər verir ki, Bakı yerləşən Şuşa şəhər 7 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, təhsil eksperti Şahlar Əsgərov, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Şərqi Zəngəzur

Təbiətin süd qardaşı! Kəlbəcərinin sirdaşı! Sözümüzün şəhdi-şirəsi, naxışlanmış ilməsi, ana dilli kəlməsi-Məmməd Aslan ...Azərbaycan ədəbiyyatı tarixində barmaqla sayılan ana dilli şairlərimizdən olan Məmməd Aslanı bu gün elə-belə, təsadüfən xatırlamadım. Məmməd Aslan ürəklərdən, könüllərdən uzaq düşməyib, ay Azərbaycan poeziyasının vurğunları! Dilimizdə, sözümüzdə, gözümüzdə - özümüzdə yaşayır xalqımızın hər üç Məmmədindən (Məmməd Araz, Məmməd İsmayıl və Məmməd Aslan) biri olan Məmməd Aslan!

Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonlarının sərhədində yerləşən Zod qızıl mədəni yenidən istismara veriləcək. Dalidag.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini deyib. O, qızıl mədənində qapalı istismarın 2024-cü ilin martında başlayacağını açıqlayıb.

Dünyaya çox insanlar gəlib gedir. Hər kəs Allahın ona bəxş etdiyi ömrü fərd olaraq qismətinə nə yazılıbsa, onu da yaşayıb gedir. Şairlər də doğulurlar. Ancaq onlar adi insanlardan fərqli olaraq ölmürlər. Şairlər ölən günü belə yenidən doğulurlar. Bu dünyaya bir Bəhmən Vətənoğlu gəldi. Gəldiyi gündən dünya boyda ağır bir yükün altına girdi. Bəhmən Vətənoğlu Azərbaycanın tanınmış klassik şairlərindəndi. Bu dahi şair Azərbaycanın ədəbi mühitində hər zaman üst qatda qərar tutmuşdur. O cəmiyyətin

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay

İnqilab Nadirov Kəlbəcərin həm səfalı, həm də cəfalı günlərində rayona rəhbərlik edib. Kəlbəcərlilərin borcu ona ədalətli qiymət verməkdir. İ.Nadirov barədə həm müsbət, həm də mənfi fikirlər var. Hansı düzdür? Bu suala ancaq elm ədalətli cavab verə bilər. Elmə görə, hər birimizin həm şəxsi, həm də ictimai mənafei var və bu mənafelərin nisbi cəmi vahiddir. Başqa sözlə, hər kəs həm özünə, həm də dövlətə işləyir. Rəhmətlik İnqilab Nadirov üçün də bu qanun doğrudur. Bu qanuna görə rəhbərin yaxşı və

Azərbaycan SSR Ali Sovetinin üç çağırış deputatı, Azərbaycan Milli Məclisinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı İnqilab Nadirov bu gün 83 yaşında dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, İnqilab Nadirov 1976-1988-ci illər ərzində Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olub. İnqilab Nadirov 25 aprel 1940-ci ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. O, 1991-1995-ci illərdə Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü olub.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Masazır qəsəbəsi, Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulu keçirib. Dalidag.az -ın xəbəeinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati
Yazı axını