Bu gün görkəmli Azərbaycan şairi Məmməd Arazın cismani yoxluğunun 15-ci ili tamam olur. İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır:"Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur". Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin

Sumqayıtda Özbəkistan Yazıçılar Birliyinin üzvləri, özbək şairləri Oktamay Xaldarova və Gülçöhrə Şahəddinqızı ilə görüş keçirilib. Dalidag.az -ın məlumatına görə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, Filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovanın dəvətilə Azərbaycana təşrif buyurmuş ədiblərlə görüş Sumqayıt "Poeziya Evi"ndə baş tutub. Görüşdə Sumqayıt ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər

Bu həftə çox dolğun və gərgin elmi günlər yaşadım. Belə ki, 25 noyabr tarixində TN yanında İctimai Şuranın üzvləri ilə birlikdə fəaliyyət planını hazırladıq. Həftənin ikinci günü (noyabrın 26-da) Bakı Dövlət Universitetinin 100 illik yübleyi tədbirində iştirak etdim. Xaricdə yaşayan alim dostlarımı və tələbələrimi görməkdən məmun oldum. BDU -100 münasibəti ilə ölkə prezidentinin çıxışını dinlədim, elm və təhsil üçün faydalı fikirləri qeyd etdim. Ölkə prezidenti tərəfindən mükafatlandırılmış

«İnsan yalnız ölümə yaltaqlana bilmir…» İtin dediklərindən Jurnalistlik fakültəsinin birinci kursunda oxuyurdum. Sentyabrın əvvəlləri idi. Günortaüstü dərsimiz qurtaran kimi özümü verdim universitetin yaxınlığındakı redaksiyaya, düz baş redaktorun otağına girdim. - Jurnalistəm, - dedim, sonra salam da verdim. Baş redaktor məni təpədən dırnağa süzüb, - məqalə gətirmisən? – dedi. - Yox… - Bəs onda nəyə gəlmisən? - İstəyirəm ki, sizin qəzetlə əməkdaşlıq eliyəm… sonra da yavaş-yavaş gedəm qabağa.
Yazı axını