12 saylı Aşıq Şəmşir adına Kəlbəcər rayon tam orta məktəbin fizika müəllimi Elmira Əvəz qızı Əzimova qəfil dünyasını dəyişib. Doğmalarının verdiyi məlumata görə, mərhumun səhhətində elə də ciddi problem olmayıb. Dalidag.az bildirir ki, Elmira Əzimova Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nigar Qaybalıyevanın bibisidir. Allah rəhmət eləsin! Qeyd edək ki, mərhumun “3-7” yas mərasimi martın 11-də Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yerləşən Fatmeyi Zəhra məscidində keçiriləcək .
Yazı axını