Daha bir ağbirçək anamız, Səfiyyə Əli qızı İsayeva əli doğma yurda uzalı dünyasını dəyişdi. Dalidag.az bildirir ki, Səfiyyə İsayeva məşhur el şairi Bimar Əlinin qızı və ictimai fəal Vüqar İsayevin anasıdır. Dalidag.az olaraq mərhuma Tanrıdan rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk.

Artıq onlar da məcburi köçkün deyillər və uzun illərin ayrılığından sonra doğma yurda qovuşublar. Şuşaya qayıtmağın həyəcanını və sevincini böyüklərlə yanaşı uşaqlar da yaşayırlar. İndi açarları təqdim edilən mənzillərdə onların yeni həyatı başlayır: əmin- amanlığa, rifaha, xoş günlərə vəsilə olsun! 8 noyabr 2020-ci ildə tarixi zəfər xəbərini çatdıran Müzəffər Ali Baş Komandanın dediyi kimi "Əziz Şuşa, biz qayıtmışıq". Qeyd edək ki, hazırda burada 220 ailə (823 nəfər) daimi məskunlaşıb.
Yazı axını