Dalidag.az Əziz Nesinin hekayəsini təqdim edir: ÖLMÜŞ EŞŞƏYİN MƏKTUBLAR I S evimli eşşəkarısı!Bundan əvvəlki məktublarımda yazdığım kimi ölmüşdüm, amma ölməyimi heç cürə rəsmiləşdirə bilmirdim.Yer üzündə “rəsmən” yaşamaq da, “rəsmən” ölmək də çətindir.Xəstəxananın zirzəmisində mənim kimi bir neçə ölü vardı.Sağ tərəfimdə gənc bir kişi, sol tərəfimdə yaşlı bir qadın uzanmışdı. Gəncdən: — Siz nədən ölübsünüz? – deyə soruşdum. — Özümü öldürmüşəm. – dedi. — Necədir, özünü öldürmək asandımı? — Oho…

Uilyam Şekspir eyni gündə anadan olmuş və dünyasını dəyişmişdir: o 23 aprel 1564-cü ildə doğulmuş və 52 il sonra həmin gündə də dünyasını dəyişmişdir. Şekspirlə eyni gündə daha bir dahi yazıçı dünyadan köçmüşdür. Bu Migel de Servantes idi. “Don Kixotun” müəllifi 23 aprel 1616-cı ildə vəfat etmişdir. Şekspirin həm müasirlərinin bildirdiyinə görə o brakonyerliklə məşğul olurdu. Belə ki, o ser Tomas Lyusinin sahib olduğu ərazilərdə maral ovuna çıxırdı və sözü keçən ser Lyusidən heç icazə belə

Hardasa bir çiçək yağışa dönər, Hardasa bir bulud ot tayasına, Hardasa bir ağrı aha söykənər, Hardasa bir qadın öz həyasına... Dalidag.az Aybəniz Əliyarın şeirlərini təqdim edir: OYUN Bu oyunun adı bir az həyatdı, Bu oyunun adı bir az tamaşa. Bilirəm ki, hisslərin də boyatdı, Bir kimsən yox, yollarına dolaşa. Qurd oyunu quzu ağlı qədərdi, Gecələrin səbri bir az kasaddı. Kor bəxtinə naz eyləmək hədərdi, Sevgiləri, bilirsən də... azaddı... Mən hələ ki rəngləyirəm saçımı, Ağ dənləri gizlədirəm

Dalidag.az Rasim Qaracanın hekayəsini təqdim edir: ƏYRİ EVİN QADINI K işi evin üstündə — əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb. Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür. Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür. Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç

Noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, filmləri festivalın müsabiqə proqramında yarışan əcnəbi kinematoqrafçılar iştirak edib. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası
Yazı axını