İrandakı sərt-xətt tərəfdarları arasında belə hökumətin benzinin qiymətini qaldırmasına səbəb olan genişmiqyaslı etirazlar, zorakılıqlar və təhlükəsizlik qüvvələrinin basqılarından sonra bir faktı anlayanlar var - bu, nümayişçilərin küçələrə son çıxışları olmayacaq. "Amerikanın səsi" bildirir ki, İran ABŞ-ın sarsıdıcı sanksiyaları ilə mübarizə apardığı, prezident Donald Trampın Amerikanın dünya qüdrətləri ilə Tehranın nüvə razılaşmasından birtərəfli şəkildə çıxdığı, ortaya çıxan sivil hökumət

Azərbaycan Televiziyası (AzTV) "Kəlağayı" sənədli filmini təqdim edib. Dalidag.az xəbər verir ki, film Bədii və Sənədli Filmlər Studiyası tərəfindən hazırlanıb. Film Azərbaycan kəlağayısının tarixi, onun fəlsəfi mahiyyəti, hazırlanma ənənələri, yayılma arealından bəhs edir. Filmdə kəlağayının və onun boyalarının hazırlanma texnikası təqdim olunur. Dalidag.az

Sirli rəqəm kimi yanaşılan 666 rəqəmi haqqında, daha doğrusu hər hansı bir müəmma ilə bağlılığı olub-olmadığı barədə çox az məlumat var. Əldə olunan məlumatlar isə çox qarışıqdır. Fərqli versiyalarda söylənilən fikirlər insanı çaşdırır. Dalidag.az sirli rəqəm haqqında bəzi məlumatları təqdim edir: “666” rəqəminin mənası Latın dilindən gəlir əslində. Bu dildəki rəqəmlər və onların oxuşu “666” -nı meydana gətirir. Mənası isə belədir: 666—>6+6+6=18 18—>1+8=9 Latın dilində “9” çox müqəddəs

1937-ci ildə Mustafa Kamal Atatürklə foto çəkdirən Rəmziyyə Tatlı 82 ildən sonra ortaya çıxıb. Dalidag.az xəbər verir ki, hazırda 98 yaşı olan Rəmziyyə Tatlı 1937-ci ildə Atatürkün Adana ziyarəti zamanı məktəbdə oxuyurmuş. Atatürk Adana səfəri zamanı onun oxuduğu İsmət Paşa Qızlar İnstitutuna baş çəkib. Ağbirçək xanım bildirib ki, Atatürkün onların məktəbini ziyarət edəcəyini eşitdikdə çox həyacanlanıblar: “Hər kəsə nəsib olmayan bir şans mənə düşdü. Atatürkün məktəbə daxil olduğu anı dünən

Ötən il Qax rayonu ərazisindəki Kürmük məbədini yolüstü ziyarət etdim. Qədim alban məbədi olan bu tarixi abidə Çar Rusiyası dönəmində kilsəyə çevrilib və ruslar bölgədə öz nüfuzunu gücləndirmək üçün xristianlığın təbliğində bu kilsədən də yararlanıblar. Bəlkə ona görədir ki, kilsəni ziyarətim bəzi dostlarımın ürəyincə olmamışdı, incə eyhamlarını sezə bilmişdim. Kilsələr və monastırlar həmişə məndə gizli maraq oyadıb; nədən onlar daha çox əlçatmaz yerlərdə, yüksəkliklərdə tikilib. Bəlli ki,

İstanbulun Bəyoğlu məhəlləsində yerləşən “Məsumiyyət muzeyi”ndə yanğın hadisəsi baş verib. Xilasetmə qrupları yanğını qısa müddətdə söndürüb. Dalidag.az xəbər verir ki, saat 23:30-da muzeyin zirzəmisində baş verən yanğının səbəbləri hələ də bilinmir. Muzeydən tüstü çıxdığını görən vətəndaşlar hadisəni yanğınsöndürmə və polisə bildirib. Xilasetmə qrupları müdaxilə edərək, yanğının ətrafa yayılmasının qarşısını alıblar. Yanğın nəticəsində muzeyin zirzəmisində ziyan dəyib. Araşdırmalar davam edir.

Dalidag.az Əli bəy Azəririnin hekayəsini təqdim edir: QURD AĞZI U cqar bir dağ kəndində yaşayırdım. Kəndimiz iyirmi bir evdən ibarət idi. Çox mehriban dolanırdıq, daha doğrusu, o vaxtlar mehribançılığın nə və necə olduğunu bir o qədər də dərindən dərk etmirdik, yəni mehribançılığı elə o vaxtkı ölçülərə görə qiymətləndirirdik. Həm uşaqlıq, yeniyetməlik çağlarımız idi, qayğısız və şən böyüyürdük, mehribançılığı bundan artıq dərk etmək qabiliyyətində deyildik, həm də hər bir ailə öz fərdi

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanda yeni tamaşa səhnələşdirib. Dalidag.az xəbər verir ki, rejissor Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlunun “Çığ” (Uçqun) adlı əsərinə Tbilisinin Axmeteli Dövlət Dram Teatrında quruluş verib. Tamaşada teatrın aparıcı aktyorları - Andria Qvelesiani, Maiko Vatsadze, Tamriko Bejuaşvili, Mamuka Mazavrişvili və digərləri rol alıblar.Səhnə əsəri hər tərəfdən qarlı dağlarla əhatələnmiş kiçik bir kənddə baş verən hadisələr və

"Hazırda yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" "Elm" nəşriyyatındadır". Dalidag.az xəbər verir ki, bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: "Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub". Dalidag.az

Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Sevilya” – “Qarabağ” oyununda erməni təxribatının qarşısı alınıb. Dalidag.az sportinfo.az-a istinadən xəbər verir ki, matçın gedişində tribunadakı bir qrup azarkeş erməni bayrağı açıb. Bunu görən İspaniyadakı diasporamızın üzvlərindən biri sərt reaksiya verib. Nəticədə onlar bayrağı yığışdırıblar. Ancaq bir müddətdən sonra erməni olduqları ehtimal edilən həmin şəxslər yenə təxribata əl ataraq, bayrağı açıblar. Diaspora fəalımızın növbəti
Yazı axını