Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcərdə də yenidənqurma işlərini davam etdirir. Yaz aylarında belə qarın ərimədiyi yüksəkliklərdə elektrik təsərrüfatı yenidən qurulur. Dalidag.az xəbər verir ki, hazırda Kəlbəcər rayonu ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır. İstisu, Zod, Zar, Zəylik və Yellicə istiqamətində yenidənqurma işləri başa çatıb.

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda 27 ədəd əl qumbarası aşkarlanıb. Dalidag.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd F-1 əl qumbarası və partlayıcı başlıqlar aşkar olub. Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə saat 1 radələrində rayonun Comərt kəndində qeydə alınıb. Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə sürücüsü və onun sərnişini, 1998-ci il təvəllüdlü Göyçay rayon sakini Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər. Bir nəfər

Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. Görkəmli ziyalılardan biri, çoxsaylı dövlət təltiflərinin laureatı, ictimai xadim Vəliyəddin İsmayılov vəfat edib. Dalidag.az bildirir ki, bu barədə telejurnalist İnqilab Şirinli məlumat verib. Qeyd edək ki, Vəliyəddin Misir oğlu İsmayılov 1943-cü ildə Moz-Qaraçanlı kəndində anadan olmuşdu. Allah rəhmət eləsin!

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", məlumatda deyilir. Dalidag.az

Azərbaycan Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir. Dalidag.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu çərçivədə Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb. Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək

Ağdaban faciəsinin 32-ci ildönümü qeyd edilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və hadisə şahidləri iştirak edib. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan,

Kəlbəcər rayon sakini, İkinci Dünya müharibəsi veteranı, qocaman təhsil işçisi, uzun müddət məktəb direktoru və müəllim işləmiş Şəmşir Mikayıl oğlu Şəldiyev vəfat edib. Bu barədə ictimai fəal Rahil Kəlbəcərli məlumat verib. Dalidag.az bildirir ki, Şəmşir Mikayıl oğlu Şəldiyev 1925-ciildə Kəlbəcər rayonunun anadan olub. 1941-ciildə Qılınclıkənd ortaməktəbini bitirib. 1942-ciildə müəllim çatmadığına görə Ağqaya kəndində ibtidai məktəbə müəllim və müdirtəyin edilib. 1942 ciilin noyabr ayında

Kəlbəcərin Ağdaban kəndindən yeni görüntülər yayılıb. Dalidag.az bildirir ki, bu barədə kadrlar "İTV Xəbər"də yayımlanıb. Görüntülərdə 32 il öncə ermənilərin yandıraraq tərk etdikləri kəndi görmək mümkündür.

Kəlbəcərin Ağdaban kəndində baş verın soyqırımının 32-ci ildönümü ərəfəsində Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edib. Dalidag.az xəbər verir ki, məktubda deyilir: “Biz – 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və Azərbaycanın
Yazı axını