Hər misrasında Kəlbəcər göynəyi, hər yazısında yurd həsrəti... Qürbət elin soyuqluğuna isinə bilmir ürəyi, ruhu Kəlbəcərsizlik ağrısıyla inləyir. İkiqat həsrətini ovuda biləcək Qələbə sorağındadı ürəyi , xəyal-xəyal dolaşır göylərin dua məqamında. Ağrılarını sözə çəkir, misralara sərir, bənd-bənd təsəlli edir özünə. Kövrək qəlblidi, səmimiyyətin gözyaşardıcı ucalıq məqamındadı böyüklüyü ilə. Qürbətdə keçirdiyi neçənci doğum günüdü bilmirəm, ancaq 27 ildi Kəlbəcərsizdi... Bu gün könlünü sözə

Zərraf Təhməzoğlunu (Zərraf Təhməz oğlu Şirinov) 10 ildən artıqdır ki, tanıyıram. Gözəl ziyalı, bacarıqlı həkim, Vətənini canından artıq istədiyini bilirdim, daha doğrusu eşitmişdim. Lakin heç vaxt bədii yaradıcığına – şeirlərinə rast gəlməmişdim. Bir neçə il əvvəl sosial şəbəkələrdə Zərraf Təhməzoğlunun səhifəsində bir neçə şeirinə rast gəldim. Maraqlanıb oxudum. Şeirləri hər bir insanı düşüncələrə dalmağa, geriyə – tariximizə boylanmağa vadar edir və insan öz-özlüyündə şeirin müəllifi ilə

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək

R ialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər. Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular. Yenə də bir anlıq özümdən

Prezident İlham Əliyev videokonfrans rejimində keçirdiyi müşavirə zamanı birdəfəlik ödəmə ilə bağlı e-sosial.az saytına müraciət edən işsizlərin sayının kəskin artdığını deyib və araşdırılmasını tapşırıb. “Mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”. Dalidag.az bildirir ki, məsələ ilə bağlı
Yazı axını