Dalidag.az Yusif Səmədoğlunun məşhur hekayəsini təqdim edir: BAYATI-ŞİRAZ T avanı tələm-tələsik krantda yuyub Səbzəli dayı bir yumurta sındırdı. (Bir yumurtadan artıq yeyə bilməzdi, həkim qadağan eləmişdi.) Dibi qapqara qaralıb ortadan çatlamış tavanın içindəki yumurta sarısı Səbzəli dayının bir dəqiqə bundan qabaq pəncərədən gördüyü aya oxşadı. Yumurta sarısı da üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz ay kimi adamın ürəyini sıxırdı… Səbzəli dayının yadına düşdü ki, gərək əvvəlcə tavaya

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət

Hazırda Aprel döyüşlərinin iştirakçısı, mərhum qazi Qoşqar Hacıyevlə vida mərasimi keçirilir. Dalidag.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu məlumat verib. Heydər Əliyev Məscidində baş tutan mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, şəhid ailələri, qazilər və ölkənin tanınan şəxsləri iştirak edir. Mərhum Qoşqar Hacıyevlə vida mərasimi saat 15.00-da başa çatacaq. Qeyd edək ki, qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 28 il keçir. Dalidag.az xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib. Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq

2022-ci ildə Sakit okeanda dünyada ilk üzən azad dövlət yaranacaq. O bütün dövlətlərin qanunlarından kənar yaşayacaq və özünün Vayron adlı kriptovalyutasından istifadə edəcək. Dalidag.az bu barədə Daily Mail-ə istinadən xəbər verir. Yeni üzən dövlət-şəhərin planına 300 ev, otel, restoran və ofislərin tikintisi daxildir. Ada Taiti yaxınlığında, inşa ediləcək. PayPal-ın əsasını qoymuş Piter Til tərəfindən subsidiyalaşdırılan layihənin ilkin qiymətləndirilməsi 50 milyon dollar təşkil edir və pilot

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunacaq. Dalidag.az xəbər verir ki, fevralın 9-da keçirilən növbədənkənar deputat seçkilərində mandat qazananlardan biri də Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur. Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatına görə A.Məmmədov 71,7 faiz səs çoxluğu illə digər namizədləri önləyib. Yekun nəticə səbəbindən yaxın günlərdə A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı
Yazı axını