300 milyon il əvvəl Azərbaycanın dünyadakı yeri — ŞƏKİL

01-03-2020 18:13

300 milyon il əvvəl Azərbaycanın dünyadakı yeri

Fransanın "La Terre du Futur" saytında yayımlanan "Pangea" (bütün torpaq) araşdırmasında 300 milyon il əvvəl dünyanın necə göründüyü təsvir edilib. 
Dalidag.az xəbər verir ki, dördüncü və son "super qitə" olaraq bilinən Pangea dövrü Maleozoy və Mezozoy dövrünə təsadüf edir. Mezozoy dövrü başlayanda indiki qitələrin demək olar ki, hamısı nəhəng bir torpaq kütləsi idi və Pangea adı altında birləşmişdi.
 
Qitələrin ayrılmazdan əvvəlki görüntüsü

175 milyon il əvvəl yer üzündəki qitələrin parçalanmağa başladığını göstərən xəritədə okeanların əvəzinə dayaz dənizlər var. Təbii ki, heç bir beynəlxalq sərhəd də mövcud deyil.
 
Portuqaliya və Qrenlandiya qonşudur

Xəritədə Aralıq dənizi ilə əlaqəsi olmadığı halda iqlimi və mədəni oxşarlıqlarına görə Aralıq dənizi ölkəsi kimi tanınan Portuqaliya və Qrenlandiyanın qonşu olduqları görünür.

 Hindistan
Hindistan isə bu günün tropik iqlimin hökm sürdüyü Madaqaskar ilə dünyanın ən soyuq qitəsi olan Antarktida arasındadır.

 Türkiyə
Pangeadakı ən maraqlı ölkələrdən biri də Türkiyədir. O vaxtkı xəritədə Türkiyənin üç tərəfi dənizlərlə əhatələnməyib, körpü rolunu oynamır və okean ölkəsidir.

300 milyon il əvvəl Azərbaycanın xəritədəki yeri
Azərbaycanın bu xəritədə hələ ki, Türkiyə ilə uzaq olduğu görünür. Gürcüstan, Rusiya və İranın bir hissəsi ilə isə sərhədi mövcud olub.

Elm insanları qitələrin hələ də hərəkətdə olduğunu və dəyişdiyini bildiriblər.
Çox sayda elm adamı Avstraliya Asiyaya doğru yaxınlaşdığını və Afrikanın şərq hissəsinin qitənin qalan hissəsindən ayrılmağa başladığını iddia edirlər.bakupost.az

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 01-03-2020 18:13
Baxış sayı: 4741
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını