Belçika şahzadəsi koronavirusa yoluxdu

31-05-2020 10:36

İspaniyada keçirilən bir partiyə qatılan Belçika şahzadəsi Joaçimin koronavirus testi pozitiv çıxıb.
Dalidag.az xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi şahzadə ilə təmasda olan hər kəsin karantinə alınmasını tapşarıb.
Joaçim ispan iş adamının qızı olan sevgilisi Viktoria Ortizi ziyarət etmək üçün mayın 24-də Madridə, ordan da Kordovaya gedib. Partiyə şahzadə ilə yanaşı Ortizin ailəsi və dostları qatılıblar.
İspaniyanın cənubundakı Əndəlüs bölgəsində yerləşən Kordova və Sevilya şəhərində qanunlara görə 15 nəfərdən artıq insanın bir araya toplanmasına icazə verilmir. Partidə isə çox sayda adam olduğu üçün şahzadə də yaxınları ilə birlikdə cəzalandırılıb.
Səhiyyə Nazirliyi Covid 19-un ikinci dalğasının başlamasının qarşısını almaq üçün insanları qaydalara əməl etməyə çağırıb.


Kateqoriya: Sosium
Tarix: 31-05-2020 10:36
Baxış sayı: 5325
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını