Bu gündən rayonlarda gediş-gəliş bərpa olundu

04-05-2020 10:36
Bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunub.
Dalidag.az xəbər verir ki, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağan olunduğundan vətəndaşlar şəxsi avtomobildən istifadə etməlidirlər.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 04-05-2020 10:36
Baxış sayı: 3422
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını