Azərbaycanda dəmir yolu ilə yükdaşımalar fasiləsiz aparılır

03-04-2020 22:08

“Azərbaycan Dəmir Yolları” QSC neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınmasını təmin edir.
Dalidag.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumatda qeyd olunur ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.
“Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarında da gündəlik dezinfeksiya işləri aparılır. Bütün bunlar bir çox insanın gərgin əməyi sayəsində mümkün olur. Onlar öz vəzifə borcunu yerinə yetirmək üçün işə çıxırlar, evlərini üzrlü səbəbdən tərk edirlər.
Əziz izləyicilər, sizdən xahiş edirik, xüsusi karantin rejiminə riayət edin, bu məsələni çox ciddi qəbul edin. Vacib zərurət olmadan evdən çıxmayın. Əhalimizin sağlamlığı hər birimizin əlindədir.
Biz sizin üçün işə gəlmişik. Siz isə özünüz üçün evdə qalın!”, – QSC bildirir.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 03-04-2020 22:08
Baxış sayı: 4420
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını