Polis kəlbəcərli məcburi köçkünə işgəncə verib - İDDİA -ŞƏKİLLƏR

08-03-2020 10:05
Göygöl rayon Polis şöbəsində kəlbəcərli məcburi köçkünə işgəncə verilib.
Dalidag.az xəbər verir ki, bu haqda işgəncəyə məruz qalan Kəlbəcər rayonundan məcburi köçkün gəlmiş  Muradov Şahin Araz oğlu dunyaninsesi.az  saytına açıqlamasında deyib.
Şikayətçi iddia edir ki, 2019-cu ilin iyun ayında onu oğurluq faktı ilə bağlı şübhəli şəxs qismində həbs ediblər.Göygöl rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini,polkovnik-leytenantı  Cavad Səfərəliyevin otağında cinayət-axtarış bölməsinin bir qurup əməkdaşları ilə ona olmazın işgəncəsini veriblər və düz 8 gün əli qandallı saxlayıblar.Lakin şübhələr sübuta yetirilmədiyindən Muradov Şahin azadlığa buraxılıb.Sonra məlum hadisə ilə bağlı zərərçəkmiş sabiq polis rəisi Mirnemət Babayevin qəbulunda olub.Ağır işgəncələrə məruz qaldığını iddia edən Muradov Şahin deyir ki,bədənimi rəisə göstərib bildirdim ki, əməkdaşlarınız məni görün nə günə salıblar.Müavin Cavad Səfərəliyev başının dəstəsi ilə işgəncə zamanı məni vəhşicəsinə döyməklə yanaşı,vurub qarnımı da cirib.Polis rəisi isə bildirdi ki,sizin saxlanılmağınızdan və işgəncələrə məruz qalmağınızdan mənim xəbərim olmayıb.Narahat olma,başqa yerə şikayət etməyə gərək yoxdur, bu məsələni özüm şəxsən araşdıracam.Ona görə də mən indiyə kimi susmuşam.Düşünmüşəm ki,yəqin günahkar cəzasını alacaq.Ancaq bu günə kimi heç bir tədbir görülməyib.
   

Verilən işgəncələr nəticəsində aldığım ağır bədən xəsarətlərindən sonra qarnımda yaranan yırtıqla bağlı cərrahi əməliyyat olunmalı idim. Lakin maddi imkansızlıqdan bu günə kimi nə normal müalicə olunmuşam, nə də əməliyyat. Hazırda səhhətində ciddi problemlər olan kəlbəcərli köçkün saytımız vasitəsi ilə aidiyyatı üzrə Daxili işlər Nazirliyi və Baş prokurorluqdan ona işgəncə verib qısa müddətə azadlığının məhdudlaşdırlmasında iştirakı olan polis əməkdaşlarının barəsində qanuna müvafiq formada ölçü götürlüməsini xahiş edir.
Məlumat üçün onu da qeyd edək ki, 7 oktyabr 2019-cu ili Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev işdən çıxarılıb və sərəncama götürülüb.
Hazırda Gəncə Baş Polis İdarəsinin Nizami rayon polis şöbəsində işləyir.
Göygöl rayon Polis şöbəsinin mövqeyini dərc etməyə hazırıq.

Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 08-03-2020 10:05
Baxış sayı: 4529
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını