Əziz Qənbərovdan kəlbəcərlilərə ÇAĞIRIŞ- VİDEO

27-01-2020 11:07
Artıq 10 gündür ki, bu il fevral ayının 9-da keçiriləcək növbədənkənar deputat seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Bu müddət ərzində ayrı-ayrı dairələrdə rəqib namizədlər arasında üzləşmələr, əks tərəfə qarayaxma və sağlam olmayan rəqabət halları baş verib. 
Dalidag.az xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərov da belə neqativ hallarla üzləşib. Əleyhdarlarının onun haqqında yalan-yalnış məlumat yaymasından hiddətlənən vəkil çağırış edib. O, həmyerlilərini düzgün seçim etməyə, ona qarşı qara piyar edənləri sağlam rəqabətə səsləyib:

"Mən Kəlbəcər rayonunda çalışan məmur qardaşlarıma səslənirəm, Kəlbəcər rayon Dairə və Məntəqə üzvlərinə səslənirəm, Kəlbəcər ziyalılarına səslənirəm, Kəlbəcər ağsaqqallarına səslənirəm, Kəlbəcər gənclərinə səslənirəm cənab prezidentin bu cağırışına yaxşı yaxşı qulaq asın və nəticə çıxarın.
Dövlət başçısı hər birimizin hüquqlarının təminatçısı olaraq inanın ki, bu seçkiləri xüsusi nəzarətə götürüb.
Ənənəvi üsullarla seçki keçirilməyəcəyi Dövlət başçısı tərəfindən rəsmən bəyan edilib!
Bu çağırışı etməkdə məqsədim Kəlbəcər rayonunda çalışan istənilən məmur qardaşımı qorumaqdı. Biləsiniz ki, seçki kampaniyasında kimlərə zəng edirsiniz, kimlərə qanunsuz təsir edirsiniz hamısı qeydə alınır.
Mənim barəmdə verdiyiniz yalan, yalnış məlumatlar araşdırılacaq və biləsiniz ki, o zaman verdiyiniz yalan məlumatlar da sizin əlehinizə işləyəcək. Çünki mən özümə güvəncim, dövlət və dövlətçiliyə sədaqətimdən tam arxayınam".

Dalidag.az




Kateqoriya: Karusel / Kəlbəcər / Video
Tarix: 27-01-2020 11:07
Baxış sayı: 41 747
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını