Əbülfəz Elçibəy:"Boz Qurd azadlığını və qürurunu heç nəyə dəyişməz..."

07-12-2019 15:02
Maraqlı deyilmi?
1992-ci ilin yazı idi. İngiltərədən BBC və Fransanın mətbuat orqanları Əbülfəz Elçibəylə çəkiliş aparıb müsahibə alırdılar.
Çəkiliş bitdikdən sonra ingilis yazarın gözü Elçibəyin otağındakı aypara və ulduzların fonundakı Boz Qurd şəklinə tuşlanmışdı. Bir az sonra o, Bəyə sual verərək bunun nə olduğunu soruşdu. Bəy:"Boz Qurddur, Türk millətinin Totemidir"... İngilis yazar bir az düşündükdən sonra, ədəblə suala görə əvvəlcədən üzr istəyərək "bəs nə üçün siz millətinizə belə bir vəhşi və yırtıcı heyvanı totem seçmisiniz?" dedi. Bəy də ədəblə əvvəlcədən verəcəyi cavaba görə üzr istəyərək dedi: "İngiltərənin simvolu olan Aslan (Şir) heyvanların şahı sayılır, deyilmi? Ancaq bu şah dediyiniz heyvan 3 kq sosisə görə sirkdə yanan halqalardan sağa-sola tullanır! Boz Qurd dediyiniz yirtici-vəhşi heç zaman təlimə gəlməz. O öz azadlığını və qürurunu heç nəyə dəyişməz. Onu zəncirləsən belə, qəfəsə atsan belə ya kədərdən ölər, ya da ki, qəfəsi, zənciri gəmirər gedər. Onu məhv etmək, öldürmək olar, amma tabe etmək, sındırmaq olmaz! Məhz buna görədə TÜRK milləti Boz Qurdu özünə Totem mübarizə simvolu seçib."

Dalidag.az



Kateqoriya: Karusel / Sosium
Tarix: 07-12-2019 15:02
Baxış sayı: 31 255
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını