Kəlbəcərin "İstisuyu"- Ermənilərin özününküləşdirdiyi möcüzə.../VİDEO

12-03-2020 22:59
Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.
Dalidag.az
-ın məlumatına görə İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur.
Kəlbəcərdəki İstisuyun kimyəvi analizi ilk dəfə 1927-ci ildə aparılıb. Kurort tikililəri isə 1920-ci illərin sonlarından inşa edilməyə başlanmışdır. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilmişdir.
Sanatoriya 1993-cü il aprel ayına – Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə qədər fəaliyyət göstərmişdir.
İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium ,brom, yod , mərgümüş ,fosfor,sink, mis,nikel,maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. 1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi: M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir. Na75. Ca14 İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.
İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbzlik, qaraciyər,öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.
İstisuit mineralı amfibol qrupuna aid olan mineraldır. Onun tərkibi belədir. 7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir. Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı kontakt-metasomatik mineral assosiasiyasında vollastonitlə sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir. İstisu mineralı Kəlbəcər rayonundakı İstisu kurortunun adındandır.
İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra, daha dəqiq desək,1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. Sonralar bu məsələ Azərb KP MK-nin birinci katibi M.C.Bağırovun şəxsi diqqət mərkəzində olmuşdur.1928-ci ildə isə İstisu sanatoryasının tikilməsi, yollar çəkilməsi sovetlərin qurultayında qaldırılmış, M.C.Bağırov öz məruzəsində İstisuya xeyli yer ayırmışdır. 30-cu illərin sonlarında M.C.Bağırov özü İstisuda olmuş, tikinti işləri ilə maraqlanmışdır.

Dalidag.az





Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 12-03-2020 22:59
Baxış sayı: 4604
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını