Ataki ş iyeva H ə c ə r Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında

Azərbaycan Dövlət Televiziyasının (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb. Dalidag.az xəbər verir ki, bu barədə "qafqazinfo”ya R.Həsənov özü məlumat verib. O bildirib ki, dünəndən hadisə yerindədir və yaralanması təsadüfən olub. R.Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib. Dalidag.az

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Dalidag.az -ın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.
Yazı axını