Yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin

Saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır. Bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qar örtüyünün hündürlüyü: Laçında 50 sm, Qax, Şahbuzda 48 sm, Ordubadda 29 sm, Şəkidə 24 sm, Lerikdə 23 sm, Daşkəsəndə 22 sm, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız, Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı, Naxçıvan, Qubada 10 sm-dir. Bakıda və

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb. Dalidag.az

Vətəndaş mövqey Rövşən HÜSEYNLİ, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Kəlbəcər rayonundan keçmiş məcburi köçkün. AŞPA kimi bəzi beynəlxalq təşkilatlarda hələ də yürüdülən ikiüzlü siyasət isə təcavüzkar Ermənistana havadarlıqdan başqa bir şey deyil. Azərbaycanın bütün mənalarda müstəqilliyinin möhkəmləndirilməsi, hərtərəfli inkişafı, deyəsən, dünyanın bəzi dövlətlərini ciddi narahat etməkdədir. Biz son 30 ildə həmişə beynəlxalq hüququn müdafiəçisi kimi tanımağa çalışdığımız və bunu da

Bu il Cəbrayıl şəhərinə köç olacaq. Dalidag.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq. Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir. Bu il inşaat işləri başa

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, eləcə də şəxsi heyətin təchizatı yoxlanılır. Bundan

Zaur ƏSƏDZADƏ, Azərbaycan Kooperasiya Universitetinin doktorantı 7 fevral 2024-cü il bütün ölkə ərazisində, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanda ilk Prezident seçkiləri keçiriləcəkdir. Bu Prezident seçkiləri, həm də ona görə əlamətdardır ki, cənab Prezidentin sözləri ilə desək: “...mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu

"Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq vulkanları püskürəcək”. Dalidag.az -ın məlumatına görə, bunu "Xezerxeber”ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə görə, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək. Qeyd edək ki, yanvarın 19-u Azərbaycanda baş vermiş zəlzələ təxminən 10-dan çox rayonda hiss edilib.

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mövzu ilə bağlı təqdimatla çıxış edəcək. Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı
Yazı axını