"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Ukraynalı pauerliftinq üzrə dünya çempionu Aleksandr Belokon Rusiyanın bu ölkəyə qarşı apardığı müharibə zonasında ölüb. Xarici medianın məlumatına görə, qeyd olunur ki, idmançının 32 yaşı var idi, o, 2023-cü ilin martında Ukrayna ordusuna səfərbər olunub. “Aleksandr Ukraynanın ən güclü adamlarından biri idi. Hələ 2017-ci ildə Odessanın mərkəzində o, adamla dolu traktoru hərəkət etdirməsinə görə Ukrayna rekordu vurmuşdu”, - Güləş Assosiasiyasının rəhbəri Vadim Kisil vurğulayıb. Dalidag.az

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az icmalı təqdim edir:

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların

İşğaldan azad olunan Laçın şəhərində 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb və burada 1 464 seçici qeydiyyata alınıb. Dalidag.az xəbər verir ki, bunu report-a açıqlamasında məntəqənin sədri Şəbnəm Uğurlu deyib. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq seçki prosesinə çox həvəslə hazırlaşırlar: “Bunun da əsas səbəbi doğulduğumuz, lakin işğal səbəbindən böyüyə bilmədiyimiz ata yurdumuzda 32 ildən sonra ilk dəfə səsvermə hüququmuzdan istifadə etməyimizlə

Daxili işlər naziri Əli Yerlikaya Türkiyədə 6 fevral zəlzələlərində 53 min 537 vətəndaşın həyatını itirdiyini bildirib. Dalidag.az Türkiyə mediasına istinadən xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya fevralın 6-da baş verən zəlzələdən sonra görülən işlərlə bağlı məlumatlandırma toplantısında açıqlama verib. O açıqlamasında bildirib ki, ağır dağıntılara səbəb olan bu zəlzələlərdə biz 53 min 537 həyatını itirdik, 107 min 213 vətəndaşımız yaralandı. 150 min yardım maşını göndərildi.

Şəhid, baş leytenant Vüsal Kazımovun atası Kamran Kazımov Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan ərazidə oğlunun adına inşa edilmiş parka rəsmi olaraq Park statusunun aidiyyatı qurumlar, xüsusən də Mədəniyyət Nazirliyi tərəfindən verilməməsi ilə bağlı ictimaiyyət qarşısında çıxış edib. Həmin çıxışı təqdim edirik: “Mən var yox bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. Ona görə də qərara gəldim

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb. Yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq. Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər

İranın Gilan əyalətinin Rəşt şəhərindən olan qadın hüquqları müdafiəçisi Tina Delcu həbsə atılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, o, birillik həbs cəzasını çəkmək üçün saxlanılaraq Rəşt şəhərinin Lakan zindanına köçürülüb. Tina Delcu dövlət quruluşu əleyhinə təbliğat aparmaqda ittiham edilib. Qeyd edək ki, hüquq müdafiəçisi daha öncə sosial mediadakı paylaşımlarına görə həbs olunub, bir müddət sonra isə girov müqabilində sərbəst buraxılıb.

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Dalidag.az xəbər verir ki, bu gün milli lider Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci
Yazı axını