Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan

Daxili İşlər Nazirliyinin hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, DİN-in bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində yaralanıb. Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib. Dalidag.az

Arıçılıqda istifadə olunan avadanlıq və texnika “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”na daxil edilib. Dalidag.az -ın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Beləliklə, təməl pətək emalı avadanlığı dəsti, avtomatlaşdırılmış bal doldurma-qablaşdırma avadanlığı dəst, tam avtomatlaşdırılmış 20 və 48 çərçivəlik balsüzən aparatlar və arı ailələrinin daşınması üçün qoşqu güzəşt tətbiq ediləcək texnikaların siyahısına daxil

“Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır”. Dalidag.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Minaların

Azərbaycanda yodun qiyməti kəskin bahalaşıb. Dalidag.az xəbər verir ki, təxminən 3-4 gün öncəyə kimi 40 qəpiyə satılan yod hazırda 1.20 manata satılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib. Dalidag.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb.Qeyd edək ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Oktyabrın 31-də Soçidə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü oldu. Üçtərəfli görüşdən əvvəl isə Azərbaycan və Rusiya liderlərinin təkbətək görüşü baş tutdu. Üçtərəfli görüşün yekunu olaraq isə tərəflər bəyanat qəbul etdilər. Bəyanatda diqqət çəkən əsas məqamlardan birincisi isə "Qarabağ" ifadəsinin işlədilməməsi oldu. Soçi görüşünün nəticələri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Bəyanatdakı əsas

İraqın yeni hökumətində soydaşımız da yer alıb. Telafər türkmanı (İraqdakı türkmanlar azərbaycanlılardır), Mosuldan seçilən millət vəkili, təqaüddə olan hərbçi Sabit Məhəmməd Halaybəyliyə (Sabit Məhəmməd Səid Rza Abbasi) İraqın yeni hökumətində müdafiə naziri vəzifəsi tapşırılıb. Qeyd edək ki, İraqın yeni qurulan hökumətində daha bir soydaşımıza yer alacağı gözlənilir.

"Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib Qurani-Kərimlə xeyir-dua verir. Bu nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu

"Hələ sənədlərimi təqdim etməmişəm. Yəqin ki, gələn həftə sənədlərimi təqdim edəcəyəm”. Dalidag.az bildirir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq dövlət katibi Pənah Hüseyn deyib. 65 yaşını qeyd edən eks-Baş nazir nə qədər pensiya alacağını dəqiq bilmədiyini söyləyib: "Məndə olan məlumata görə, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab göndərir və təxminən bir neçə aya pensiya məsələsi nizama salınır. Mən bununla məşğul
Yazı axını