Yenidən salınacaq Zəngilan rayonu Alıbəyli kəndində öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait və məskunlaşma yaradılmasına dair işlər artıq başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Bu yaşayış məskəninin konseptual layihəsinin bir hissəsini diqqətinizə təqdim edirik. Qeyd edək ki, Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 21-də Ağdaş rayonunda vətəndaşları qəbul edib. Qəbulda Ağdaş, Ağsu və Kürdəmir rayon sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış

Gəncədə bir neçə gün əvvəl itkin düşən ata və oğul tapılıb. Dalidag.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. Onun sözlərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü N.Əliyev və oğlu, 2008-ci il təvəllüdlü R.Əlizadənin Bakı şəhərində yerləri müəyyən edilib.

Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avropa qitəsində boz zonalar" mövzusunda dəyirmi masada iştirak edib. Dalidag.az bildirir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib. "Görüş qapalı keçirilib. Paşinyan görüşdə çıxış edib", - məlumatda qeyd olunub.

Ukrayna ətrafındakı vəziyyət Qərb üçün sadəcə taktiki mövqe, Rusiya üçün isə ölüm-dirim məsələsidir. Dalidag.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsi ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, müsahibə Ukrayna istiqamətində baş verən hər şeyin nə qədər həssas və vacib olduğunu başa düşmək üçün vacib idi: "Qərb üçün bu müharibə taktiki mövqelərinin yüksəlməsidir, bizim üçün isə taledir, ölüm-dirim məsələsidir. İstərdim ki,

Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy məclisi keçirilir. Dalidag.az bildirir ki, artıq toy üçün görülən hazırlıqlar yekunlaşıb və toy məclisi başlayıb. Bəyin atası, Ağalı sakini Baloğlan Mirzəyev Trend-ə açıqlamasında bildirib ki, bu günləri çoxdan arzulayıblar. "Bu kənddə toy olması bizim arzularımızın reallaşmasıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Qarabağ torpağına toy, şadlıq yaraşır. Bizim ən böyük arzumuz idi ki, öz torpağımızda yaşayaq", - bəy atası əlavə edib. Qeyd edək

Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb. Dalidag.az -ın xəbərinə görə, onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Əli Əsədovun Baş nazir postuna namizədliyi səsverməyə qoyularaq qəbul edilib.

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi qulluqçuların statusu haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, "Əmək pensiyaları haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanunlara edilmiş dəyişikliklə hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun

Ermənistan ordusunda kadr dəyişikləri aparılıb. Dalidag.az bildirir ki, Ermənistan prezidenti Vaahn Xaçaturyanın müvafiq fərmanları ilə general-mayor Artak Budayqan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub. Hərbi Akademiyanın rəisi, polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini təyin edilib. General-leytenant Kamo Koçunts isə Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, son günlər Ermənistan tərəfinin təxribatlara əl atması

Türkiyə əhalisinin sayı 85 milyon 372 377 nəfərə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Statistika İdarəsi yayıb. Məlumata görə, ötən il ölkədə əhalinin sayı 92 824 nəfər artıb. Əhalinin 50,1 faizini kişi, 49,9 faizini isə qadınlar təşkil edir.
Yazı axını