Arazdəyəndəki zavodun Vedi rayonuna (Ararat) köçürülməsi Ermənistan hökumətinə 3 milyard drama başa gəlib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Ermənistan hökuməti yanvarın 11-də keçirilən iclasda 3,5 milyard dram məbləğində büdcə ayıraraq GTB STEEL MMC tərəfindən Ararat kəndində metallurgiya zavodunun tikintisi barədə qərar qəbul edib. Qərara əsasən, 2023-cü il dekabrın 14-də hökumət Vedi rayonunun Ararat qəsəbəsində metallurgiya zavodunun tikintisi üzrə

Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri (iki zabitin güllələnərək öldürülməsini – red.) komandanlıqla müzakirə edib. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Asryan baş verənlərin səbəblərini düzgün aydınlaşdırmaq, eləcə də gələcəkdə bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyi tapşırıb. Qeyd edək ki, ötən gün Göyçə bölgəsində, Basarkeçər rayonundakı mövqelərdə (2-ci

Hunza camaatı uzun ömürlü olması ilə tanınır, xərçəng və digər xəstəliklərdən azaddır, 100 yaşında ölənlərə isə “cavan ölmüş” deyilir... Dalidag.az Türkiyə mediasına istinadən dünyanın ən maraqlı icmalarından biri olan Hunza türklərinin sirlərini təqdim edir. Uzun ömürləri ilə tanınan Pakistanın Hunza xalqı təbii qida rasionu, bölgənin təmiz havası, rəqs və idmana maraqları ilə onlar haqqında rəvayətləri təsdiqləyir. Pakistanın ən şimal hissəsində, Gilgit-Baltistanın 200 kilometrlik Hunza

Ermənistan Baş naziri Nikol Paşinyanın yerli hakimiyyət orqanlarında və hökumətdə başladığı kadr təmizləmələri davam edəcək və yaxın vaxtlarda yeni istefalar olacaq. Dalidag.az bildirir ki, bu barədə "Joxovurd" nəşri yazıb. "Paşinyanın sonuncu belə qərarları o qədər tələsik qəbul edilib ki, hökumət rəsmiləri işdən çıxarılan məmurların yerinə namizədlərin adlarını müzakirə etməyə belə vaxt tapmayıblar. Ötən il yazmışdıq ki, Paşinyan işləməyən nazir və məmurlardan yaxa qurtarmaq niyyətindədir.

Erməni mediası guya Azərbaycan Ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddia yayıb. Dalidag.az xəbər verir ki, “Hraparak” “öz mənbəsinə istinadla” Azərbaycan əsgərlərinin 31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, “xoşbəxtlikdən” heç bir itki olmadığını iddia edib. Hətta Azərbaycanlı əsgərləri Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyduğunu və təhqiramiz sözlər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Vedibasar mahalının, Vedi (Ararat) rayonunun Xalisa kəndi haqqında xüsusi buraxılış hazırlanıb. Verilişdə Xalisa kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqtisadi, mədəni həyatı, atət-ənənələri və digər sahələrindən geniş söhbət açılıb. Bildirilib ki, Xalisa İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayon mərkəzindən 10 kilometr cənub-şərqdə,

İranşünas kimi təqdim edilən Vardan Voskanyan Ermənistanın 29,8 min kv.km ərazisinin hələ də Azərbaycan tərəfindən tanınmadığını bildirib. Dalidag.az xəbər verir ki, Bakının ünvanına kəskin ifadələr işlədən Voskanyan bir xətirə də paylaşıb və Azərbaycanın məhz belə bir Ermənistan görmək istədiyini deyib. Voskanyanın ifadə tərzindən asılı olmayaraq, məsələ budur ki, sözügedən xəritə 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Respublikasının real ərazilərini əhatə edir. Görünür,

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi 2023-cü ildə ABŞ konqresmenləri arasında səhm opsionlarından şübhəli istifadə yolu ilə ən yüksək investisiya gəlirlərindən birini əldə edib. Bu barədə “The New York Post” konqresmen xanımın gəlirlərinə istinadən xəbər yayıb. Pelosinin investisiya portfeli növbəti dəfə Vaşinqtonda ən yüksək nəticələrdən birini göstərib. Nəşr vurğulayıb ki, konqresmen son vaxtlar səhm opsionlarının şübhəli istifadəsindən əhəmiyyətli gəlir əldə edib. Belə

CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparması Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub. Dalidag.az xəbər verir ki, Ermənistan mediası Azərbaycan telekanalına məxsus dronun İrəvan səmasında necə çəkiliş apardığını anlamağa çalışır. “Nyus.am” yazır ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəçilər” var. Azərbaycan dronlarının

Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir. Dalidag.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər. Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların
Yazı axını