Orta əsrlərdə musiqiçiləri cəzalandırmaq üçün istifadə olunan qəribə metod – “Utanc Fleytası” nədir-ŞƏKİLLƏR

01-03-2020 13:16

Orta əsrlər maraqlı cəza metodları ilə məşhur olub. Əslində, bir çox şəhərdə orta əsr cinayətlərini və cəza vasitələrini əks etdirən muzeylər də var.
Modernizmin o qədər də inkişaf etmədiyi dövrlərdə cinayət törədənlərin cəzalandırılma üsulları da fərqli idi. Bundan əlavə, bu gün cinayət kimi görülməyən bəzi şeylər o dövrdə cinayət sayılırdı.
Orta əsrlərdə din və mədəniyyət baxımından köklü dəyişikliklər baş verdi. Bəzi sivilizasiyalar üçün bu dövr demək olar ki, onların parladığı bir dövr idi. Bildiyiniz kimi, rəsm və musiqinin, ümumiyyətlə, sənətin dəyər gördüyü bir dövr sayılan orta əsrlərin qaranlıq tərəfləri də mövcuddur.

utanç flütü
Orta əsrlərdə cinayətkarları cəzalandırmaq üçün tamamilə fərqli metodlardan istifadə olunurdu. Bu üsullara işgəncə alətləri daxil idi, amma bu yazıda sizlərə pis musiqiçiləri cəzalandırmaq üçün istifadə olunan ”Utanc fleytası” haqqında danışacağıq.
Orta əsrlərdə "utanc fleytasi" pis musiqiçiləri cəzalandırmaq üçün istifadə olunurdu. Məqsəd isə bu cəzanın pis musiqiçilərə ibrət olması idi.
Dəmirdən hazırlanan bu fleyta musiqiçinin boynuna zəncirlənirdi, sonra barmaqları da onun ifa edirmiş kimi görünməsi üçün alətə yapışdırılırdı.
Beləliklə, musiqiçi fleytanı yerə qoymaq və ya çıxarmaq istəsə də, bunu edə bilmirdi. Ayrıca, bu fleytanı geyən musiqiçi şəhər və ya kənd ətrafında gəzdirilirdi.

utanç flütü

Həmin musiqiçi alçaldılaraq kəndin içində gəzdirilirdi və insanlar onlara çürük meyvə və tərəvəz atırdılar.
Sosial təhqir tarixdə bu dövrdə çox məşhur idi və bu, ümumiyyətlə kiçik kəndlərə və yaşayış məntəqələrinə məxsus olan bir neçə əyləncə vasitələrindən biri idi. Cəzalandırılan musiqiçilər ”Utanc fleytası” ilə gəzintisini başa vurduqda, insanlar kifayət qədər cəzalandırıldıqlarına qərar verənə qədər şəhər meydanında dayanmalı olurdular.
”Utanc fleytası” nümunəsi bu gün Almaniyanın Rothenburg şəhərindəki Orta əsrlər Cinayət Muzeyində nümayiş olunur. Bu fleytadan Amsterdamdakı İşgəncə Muzeyində də var.musavat.com

Dalidag.az

utanç flütü






Kateqoriya: Sosium
Tarix: 01-03-2020 13:16
Baxış sayı: 4699
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını