Hava Hücumundan Müdafiə bölmələrimiz mövqelərini tutublar - VİDEO

21-05-2020 10:26


Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.
Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 
HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 21-05-2020 10:26
Baxış sayı: 3390
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını