Kəlbəcərli məcburi köçkünlərin əllərindən alınan qoyun sürüsü geri qaytarıldı- ŞƏKİL

18-05-2020 17:43
Dünən xəbər verdiyimiz kimi, Kəlbəcərdən olan məcburi köçkün Səməd Mustafazadə və  digər təsərrüfatçıların  600 baş qoyunu əllərindən alınmışdı.
Dalidag.az bildirir ki, bu barədə xəbər yayılandan sonra problem oxucular arasında təbii ki, birmənalı qarşılanmadı və hər kəs məsələnin tezliklə həll olunmasını tələb etdi. Sözügedən məsələ ilə bağlı ilk məlumatı sosial şəbəkədə tanınmış vəkil Əziz Qənbərov vermişdi. Elə indicə Əziz Qənbərovdan aldığımız məlumata görə, həmyerlilərimizin qoyun sürüsü özlərinə qaytarılıb:
"Hadisə barədə ilk paylaşımı mən etdikdən sonra ilk reaksiya Dalidag.az saytının rəhbəri Namiq Dəlidağlı, dəyərli ziyalımız Əlövsət Ağalarov, jurnalist Pərviz Haşimlı, Vüqar Ələkbərov, Azər İsrafilov,  Xəyyam Məmmədovdan və.s gəldi. Eyni zamanda feyzbuk dostlarımdan da böyük dəstək gəldi.
Məsələ ictimailəşəndən sonra Kəlbəcər rayon İcra Hakimiyyəti də həmyerlimizin problemi ilə yaxından maraqlanıb.
Əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.
P.S. Halal mal heç vaxt itməz"- deyərək Əziz Qənbərov sözünü yekunlaşdırdı.

Qeyd edək ki, sürünün məcburi köçkünlərin əlindən alınmasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynovun adı hallanırdı.

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 18-05-2020 17:43
Baxış sayı: 41 422
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını