Kəlbəcərli məcburi köçkünlərin 600 baş qoyunu əlindən alındı- VİDEO

17-05-2020 17:55
Kəlbəcərdən olan məcburi köçkün Səməd Mustafazadə iddia edir ki, 600 baş qoyunu əllərindən məcburi alınıb. İşin əsası tam aydın olmasa da, verilən məlumata və təqdim olunan videoya əsaslanaraq qeyd edək ki, vətəndaşlara qarşı haqsızlıq olduğu görünür.
Dalidag.az xəbər verir ki, bu barədə vəkil Əziz Qənbərov sosial şəbəkədə məlumat verib. Vəkil məsələ ilə bağlı Prezidentə, Daxili İşlər Nazirinə və Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısına müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Azər Qocayevə

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm ki, Kəlbəcər rayon sakinlərinin bu fəryadını şəxsi nəzarətinizə götürəsiniz. Çünki fakt kəlbəcər sakinlərinin iddia etdiyi kimi öz təsdiqini taparsa, Hacıqabul rayon Polis Şöbəsinin rəisi Məmməd Marif oğlu Hüseynovun atası Maarif Hüseynov zorla onların 600-dən çox xırdabuynuzlu heyvanlarını ələ keçirib qaytarmır.

Son zamanlar məmur özbaşınalığı ilə bağlı gördüyünüz ciddi tədbirlərə baxmayaraq hələ də insanlara yuxarıdan aşağı baxan məmur və onların ailə üzvüləri vardır. Hesab edirəm ki, bu həssas dönəmdə məcburi köçkünlərin şikayətləri ciddi şəkildə araşdırılmalı və günahkar şəxslər cəzalarını almalıdırlar.

Ailə Sizə güvənir".

Dalidag.az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Azər Qocayevə Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Kəlbəcər rayon sakinlərinin bu fəryadını şəxsi nəzarətinizə götürəsiniz. Çünki fakt Kəlbəcərlilər sakinlərinin iddia etdiyi kimi öz təstiqini taparsa Hacıqabul rayon Polis Şöbəsinin rəisi Məmməd Marif oğlu Hüseynovun atası MAARİF HÜSEYNOV zorla onların 600-dən çox xırdabuynuzlu heyvanlarını ələ keçirib qaytarmır. Son zamanlar məmur özbaşınalığı ilə bağlı gördüyünüz ciddi tədbirlərə baxmayaraq hələ də insanlara yuxarıdan aşağı baxan məmur və onların ailə üzvüləri vardır. Hesab edirəm ki, bu həssas dönəmdə məcburi köçkünlərin şikayətləri ciddi şəkildə araşdırılmalı və günahkar şəxslər cəzalarını almalıdırlar. Ailə Sizə güvənir.

Gepostet von Əziz Qənbərov am Sonntag, 17. Mai 2020



Kateqoriya: Sosium
Tarix: 17-05-2020 17:55
Baxış sayı: 42 100
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını