Aqil Şirinov kollektivə təqdim edildi

13-05-2020 15:55
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilən Aqil Şirinovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ali təhsil müəssisəsinin rəhbər heyətinə təqdim edib.
Dalidag.az xəbər verir ki, Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aqil Şirinovun  Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncamını diqqətə çatdırıb.

Komitə sədri çıxışı zamanı İnstitutun yaradılma məqsədi, qarşıda duran vəzifələri haqqında danışıb. İnstitutun yetişdirdiyi kadrların milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini verəcəyinə ümidvar olduğunu qeyd edib. Aqil Şirinovun elmi fəaliyyətindən bəhs edən Mübariz Qurbanlı yeni təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən rektor Aqil Şirinov ona göstərilən böyük etimada və inama görə, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bundan sonra öz fəaliyyətini ali təhsil müəssisəsinin daha da inkişaf etməsinə həsr edəcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Yeni təyin olunan rektor İnstitutun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 13-05-2020 15:55
Baxış sayı: 4823
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını