Azərbaycanda ali məktəblərə sənəd qəbulu başlayır

12-05-2020 11:14

Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər üçün sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may-5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.

- Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılır

- Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

- I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

- Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 12-05-2020 11:14
Baxış sayı: 3474
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını