Ali Məktəblərə qəbul imtahanları bu tarixdə keçiriləcək - RƏSMİ

07-05-2020 20:17
“Qəbul imtahanlarının 20 iyuldan sonra bir dəfə keçirilməsi nəzərdə tutulur”.
Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
“Bu, vəziyyətdən asılıdır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında - 700 ballıq şkala əsasında aparılacaq”.
“I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə)”, - deyə sədr qeyd edib.

Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 07-05-2020 20:17
Baxış sayı: 4504
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını