Kəlbəcərli köçkünün acı taleyi: baş həkim bizi qəbul etmək əvəzinə təhqir edir...

06-05-2020 19:26
Kəlbəcər rayonundan olan daha bir soydaşımızın acınacaqlı durumu, məmur özbaşınalığından əziyyət çəkməsi sosial şəbəkədə yayılıb. 
Dalidag.az  "Məmur özbaşınalığına son qoyaq" adlı "feysbuk" səhifəsində öz əksini tapan paylaşımı təqdim edir:

"Mən Teymurov Əlzamin Adil oğlu, Kəlbəcər rayonundan məcburi köçkünəm. Hazırda Ağdam rayon 4 yol 1, qəsəbəsində yaşayram. Övladım əlildi, 2019 cu ilin oktiyabır ayının 18-i övladmı növbəti həkim komisyasından keçirtmək üçün Bərdə rayon uşaq poliklinkasının müdürü Kamil İbrahimovun yanına apardım. Komisyadan keçirdim. Oktiyabır ayından, bu günə 7 aydır ki, əlil övladmın pensiyasını ala bilmirik. Müraciət edirik mərkəzi xəstəxananın baş həkimi Nizami Mehdizadəyə bizi qəbul etmək əvəzinə, təhqir edir. Xahiş edirəm bizə köməklik edəsiniz.
Tel: 050 691 43 03"

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə biganə qalmayacaq, məmur özbaşınalığına son qoyulacaq və məcburi köçkün vətəndaşımızın probleminin həll olunmasına səy göstərəcəklər.

Dalidag.az 



Kateqoriya: Sosium
Tarix: 06-05-2020 19:26
Baxış sayı: 3603
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını