Bu gün həbs edilən icra başçısı kimdir? — DOSYE

05-05-2020 15:30

Dalidag.az bu gün DTX əməliyyatçıları tərəfindən həbs edilən İmişli rayon icra başçısı Vilyam Hacıyevin tərcümeyi halını təqdim edir.
Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər  Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır.

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 05-05-2020 15:30
Baxış sayı: 569
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını