Banka borcu olan məşhurlar kimlərdir? ŞƏKİLLƏR

05-05-2020 11:18



Əməkdar artist Ədalət Şükürov, müğənni əkiz bacılar Sevil və Sevinc Səfərovalar aparıcı Zaur Kamalın verilişində qonaq olublar. Dalidag.az-ın sia-ya istinadla məlumatına görə, onlar proqramda Zaurun "Banka borcunuz varmı?" sualına belə cavab veriblər.
Ədalət Şükürov: "Krediti hər kəs götürür. İndi də kreditim var. Vaxtında ödəyirəm, gecikdirmirəm. 60 min götürmüşdüm, hazırda isə 32 min qalıb. Bankdan pul götürmək normal bir haldır. Əsas məsələ odur ki, onu qaytara biləsən".

Sevil və Sevinc: "Sənətə gələndən müxtəlif ehtiyaclar üçün kredit götürmüşük. Hazırda isə Xırdalandakı evimiz kreditdədir. Hələ 12 aylıq ödənişi qalıb. Təxminən 12-15 min manat ödəməliyik. 100 mindən çox qiyməti var idi".

Zaur Kamal isə bankdan 20 min manat kredit götürdüyünü və hazırda 9 min manat borcu qaldığını bildirib.



Kateqoriya: Sosium
Tarix: 05-05-2020 11:18
Baxış sayı: 3647
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını