Samanyolunda ən sürətlə fırlanan ulduz aşkar edildi

08-04-2020 13:13

Çinli astrofizik Quan-Vey Li Samanyolunda başqalarından daha sürətlə fırlanan ulduz aşkar etdiyini bildirib.

“Gazeta.ru” xəbər verir ki, alim bu tapıntını xoşbəxt təsadüf adlandırıb. Li “LAMOST” spektroskopik teleskopu ilə “O” sinfinə aid (ətrafa hidrogen saçan qaynar mavi ulduzlar) ulduzları axtararkən sözügedən səma cismini aşkar edib.
“LAMOST J040643.69 + 542347.8” adı alan obyekt saniyədə 540 kilometr sürəti ilə hərəkət edir. Həmin ulduzu Günəşdən 30 min işıq ili ayırır.
Alimlərin fikrincə, tək ulduza bu sürətlə fırlanmaq çətindir. Bu səbəbdən obyektin xüsusiyyətləri araşdırılacaq.
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 08-04-2020 13:13
Baxış sayı: 3397
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını