"Müharibə şəraitində yaşayan ölkədə məmurlar "milyonerlər məhəlləsi" salarmı?"- Hidayət Elvüsal

07-04-2020 12:30
İstədim susam, olmadı. 
Həmkarım dövlətdən kömək umanları qınayıb onları anlamaz adlandırdı. Müharibə zamanı heç kəsin heç kəsə pul vermədiyini, heç kəsin pul istəməli olmadığını dedi.
Əziz həmkar, bəs müharibə zamanı rüşvət almaq olar?
Torpağını işğal etmiş xalqa "onlar bizim düşmənimiz deyil" demək, heç olmasa "sadə xalq" ifadəsi ilə nəfəs yeri qoymaq olmazmı?
Bu işğalçı xalqın ocağını isitmək üçün ona pulsuz-parasız yanacaq vermək olarmı? Müharibə şəraitində yaşayan ölkədə məmurlar "milyonerlər məhəlləsi" salarmı?
Ölkə TV- lərini ikrahedici dərəcədə şoulaşdırmaq olarmı? Aparıcı qadının efirdə paçasını aralayıb, şpaqat göstərməsi necə?
Digər aparıcı xanımın yarıçılpaq şəkillərini sosial mediada sərgiyə çıxarması necə, olarmı? Müharibə edən ölkənin igidlərini deyil, qoluboyları ekranda təbliğ etməyə necə baxırsınız?
Bəzi proqramların əxlaqsızlar yığnağına çevrilməsi necə?
Göbək rəqslərindən ləzzət alırsanmı? Düşmən işlal ietdiyi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirir, bizim alimlərimiz də...quşların.
...Deyiləsi söz çoxdur. Mən elə gözlə görünənlərin bir-ikisini xatırlatdım.

Hidayət Elvüsal
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 07-04-2020 12:30
Baxış sayı: 4783
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını