"Özüm bilərəm, bu mənim sağlamlığımdır" deyən adam təhlükə mənbəyidir - Kəlbəcərli tələbənin fikri (ŞƏKİL)

19-03-2020 12:50
Macarıstanda təhsil alan kəlbəcərli tələbə Züleyxa Şirinova hazırda bütün dünyada tüğyan edən, minlərlə insanın ölümünə səbəb olan və hələ də sürətlə yayılan koronovirusla bağlı fikirlərini bölüşüb.

Dalidag.az məsələnin aktuallığını nəzərə alıb, Z. Şirinovanın fikirlərini təqdim edir:
"Təhsil fundamentim, oxuduqlarım və düşündüklərimi nəzərə alaraq koronavirus pandemiyası fonunda gəlin sizə çox qısa və vacib məsələni çatdırım, yoldaşlar. 
Koronavirus pandemiyası onu sübüt etdi ki, sağlamlıq anlayışı nə qədər individual yəni fərdi yanaşma ilə assosiasiya edilsə də, onun qorunması mütləq şəkildə ictimai olmalıdır. Bir nəfərin yoluxması və ya yoluxmaması artıq şəxsi seçimdən asılı deyil, bu risk daşıyıcıları körpəyə də, ailə üzvlərinə də, qonum-qonşuya da, hətta küçədən keçən hər-hansı bir nəfərə də eyni dərəcədə risk daşıyıcısıdır. Sözsüz ki, aşağı gəlirli təbəqə, yaşlılar, sağlamlıq problemləri olan digər şəxslər ciddi təhülkə altında (expose) kimi qəbul edilirlər. Tutalım, bir nəfər #evdəotur çağırışına məhəl qoymadan sanitar qaydalara riayət etmirsə artıq həmin şəxsin "özüm bilərəm, bu mənim sağlamlığımdır" deməyi böyük təhlükədir. Söhbət sərhədlər aşan qlobal pandemiyadan gedir ,birbaşa  daşıyıcı şəxslə kontaktın nəticələri və ya latent nəticələri olma ehtimalı var.
Qısası sağlamlıq private yox, public good kimi yanaşılmalıdır.  Bax bu səbəbdən də universal ictimai səhiyyə sistemi və icbari sığorta  məsələsi ortaya çıxır ki, düzgün ümumölkə və lokal sağlamlıq siyasətinin (policy) və direktivlərinin hazırlanması və icbari sığortanın təminatı sözügedən case-lərdə daha aşkar özünü bürüzə verir. Odur ki, sağlamlıq sosial-kollektiv imperativdir (zərurətdir). Ümidvaram, yaxın gələcəkdə icbari tibbi sığorta Azərbaycanda bütün coğrafi xəritəni və hədəf qruplarını əhatə edəcək, pilot layihə olaraq qalmayacaq. 
Özünüzü qoruyun!"

Qeyd edək ki, Züleyxa Şirinova Tibb elmləri doktoru, həkim-cərrah Zərraf Şirinovun qızıdır.

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 19-03-2020 12:50
Baxış sayı: 41 022
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını