Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov teleqraf.com-un suallarını cavablandırıb. Dalidag.az həmin müsahibəni təqdim edir: - Zaur müəllim, Cənubi Qafqazda indiki durum və risklərlə bağlı fərqli yanaşmalar var. Bölgənin gələcəyi ilə bağlı gözləntilər nədən ibarətdir? - Hazırda region ətrafında siyasi rəqabət artıb. Bu bölgə böyük risklər qarşısında dayana bilər. Regional və buradan uzaqda olan ölkələrin təhdidləri və təzyiqləri ilə bölgədə riskli vəziyyət yaranması

Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması işləri davam etdirilir. Dalidag.az xəbər verir ki, görülən işlər zamanı ərazidə mövcud olan ağacların qorunmasına da xüsusi diqqət yetirilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Parkın

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində yeni nüanslara toxundu. Ölkə başçısı hələ də Ermənistanın işğalı altında qalan 8 kəndlə bağlı məsələdən bəhs etdi. 8 kənddən dördünün anklav olmadığı vurğulandı və dərhal azad edilməli olduğu erməni tərəfinin diqqətinə çatdırıldı. Dövlət başçısı sonuncu dəfə Sankt-Peterburqda Nikol Paşinyanla görüşdə bu məsələni onun nəzərinə çatdırdığını söyləyib. Məhz bu baxımdan 4 yaşayış məntəqəsinin dərhal azad olunması, digər 4 kəndin azad

Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyası torpaqlar işğal altında olan müddətdə istismara yararsız vəziyyətə düşüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Milli.Az-a verilən xəbərə görə, aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. Belə ki, hər biri 1 kVt gücündə iki ədəd FM radioverici, 1 ədəd 300 Vt

Xankəndi şəhərində polis əməkdaşları tərəfindən döyüş silah-sursatlarının və partlayıcıların təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir. Dalidag.az bildirir ki, bu barədə DİN məlumat yayıb. Xəbərə görə, şəhər ərazisində 2 ədəd "AKS-74", 1 ədəd "AK-74M", 4 ədəd "AK-47", 1 ədəd "AK-103", 4 ədəd "AKMS", 5 ədəd "AK-74" markalı avtomat silah, 2 ədəd "TOZ" markalı ov tüfəngi, 1 ədəd "APS" markalı tapança, 2 ədəd "Makarov" markalı tapança, 6 ədəd qumbara, 1 ədəd "PK" markalı pulemyot, 2536

Kürdəmir rayon sakini 52 yaşlı Simuzər Bağıyeva orta məktəbi bitirdikdən 35 il sonra, bu il ali məktəbə qəbul olub. Dalidag.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı işləyib. Bununla kifayətlənməyərək ötən il fərdi qaydada hazırlaşaraq imtahanlarda iştirak edib, keçid balını toplayaraq tələbə adını qazanıb. “Özümə inanırdım, qarşıma məqsəd qoydum və

Azərbaycanın tarixi şəxsiyyətlərinin qəbirləri erməni vandalizminə məruz qalıb. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. AzTV-nin Ağdamdan hazırladığı süjeti təqdim edirik:

Prezident İlham Əliyev Yeni il müraciətində bu il ərzində Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqlarını bildirdi. Bu, erməni separatizminin ləğvi və suverenliyimizin bərpasından sonra Xankəndi məsələsində son mərhələ olacaq. Çünki ermənilər istəməsə belə, bölgədə maraqları olan tərəflər onların Xankəndiyə qaytarılması üzərindən müəyyən planlar qurur. Qayıtması mümkün olan ermənilər mütləq Azərbaycan vətəndaşlığını alacaqlar, lakin buna rəğmən, kompakt şəkildə yaşayacaq ermənilərin

Ermənistan xüsusi xidmət orqanları qondarma “artsax” ideyasını dəstəkləyənlərin “ovuna” başlayıb. Dalidag.az publika.az-a istinadən xəbər verir ki, separatçı rejimin ləğv edilməsi haqda qərarı qəbul etməyən, bu qərarın ləğvini tələb edənlərin Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirildiyi haqda məlumatlar yayılıb. “Hraparak” nəşri iddia edir ki, dindirilməyə dəvət olunanlara təzyiqlər edilir, onlara qondarma “artsax”ın artıq mövcud olmadığı izah olunur. “Milli Təhlükəsizlik Xidmətinə
Yazı axını