Lavrovun yeni Qarabağ planı – Sensasion iddia

04-12-2019 23:26

Lavrovun yeni Qarabağ planı – Sensasion iddia

“Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Rusiyanın “kiçik addımlarla” Azərbaycan və Ermənistanın yaxınlaşması planı müzakirə edildi”.

Dalidag.az xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, sözügedən planın bir hissəsi artıq yerinə yetirilib – uzun illərdən sonra iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfəri baş tutub.

“Kommersant”ın məlumatına görə, hazırda ictimaiyyət və mədəniyyət xadimlərinin, o cümlədən parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili məsələsinə baxılır:

“Bundan başqa əsirlərin mübadiləsi məsələsi də müzakirə olunur”.teleqraf.com

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 04-12-2019 23:26
Baxış sayı: 5557
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını