Müharibəyə başlasaq beynəlxalq miqyasda bizi nə gözləyir?

22-05-2020 11:27

Müharibəyə başlasaq beynəlxalq miqyasda bizi nə gözləyir?


Beynəlxalq qurumların hərbi mövqeyi ilk növbədə hərbi əməliyyatların dayandırılması və insan tələfatına maksimal dərəcədə yol verilməməsinə hesablanacaq.

Dalidag.az bildirir ki, bunu hərbi ekspert Heydər Mirzə müharibəyə başlayacağımız təqdirdə Azərbaycanı gözləyən reaksiyalarla bağlı danışarkən söyləyib.

"Siyasətin kağız üzərində olan formal və kuluar tərəfi var. Əgər Azərbaycan tərəfi, hətta, formal olaraq hansısa təpkiylə rastlaşarsa, təsəvvür edin ki, qeyri-formal olaraq razılaşma ola bilər ki, bu təpki, ultimatiumlar və sairə yalnız kağız üzərində qalsın. Necə ki, hazırda BMT-nin Azərbaycan torpaqlarından Ermənistan hərbi-birləşmələrinin çıxarılması ilə bağlı qətnamələri sadəcə kağız üzərində qalıb.

O, bildirib ki, Ermənistan Dağlıq Qarabağı hüquqi deyil, de-fakto olaraq nəzarət edir, əldə edib, lakin Ermənistan bunun müqabilində öz suverenliyini itirib.

"Mən məsuliyyəti öz üzərimə götürüb bunu səsləndirmək istəyərdim ki, əgər Dağlıq Qarabağın qiyməti Azərbaycanın müstəqilliyidirsə şəxsən mən 30 il də gözləməyə hazıram".milli.az

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 22-05-2020 11:27
Baxış sayı: 4394
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını