Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış el şairi Ələkbər Sönməz yeni şeirlər kitabını oxucularına təqdim edəcək. Dalidag.az xəbər verir ki, bu günlərdə Ələkbər Sönməzin növbəti şeirlər kitabı çapdan çıxıb. "Bir ömrü mən də belə yaşadım" adlı şeirlər toplusu şairin oxuculara təqdim etdiyi sayca 6-cı kitabdır. Bundan əvvəl şairin "Tarixin qan yaddaşı", "Heydər baba, yurda qaytarın eli", "Vətənə borcum qalır", "Qayalarda qalan səs", "Kəlbəcərə gedən yol" kitabları işıq üzü görüb. Vurğulayaq

Hüseyn Şahbəndəyev, Əməkdar müəllim. Xalq şairi Musa Yaqubu anaraq Xalqımızın bənzərsiz söz sənətkarı Musa Yaqub özünün zirvə ömrünü yaşayır. Böyük ustada baş çəkə bilməsəm də, 2000-ci ildə yazdığım bir yazını paylaşmaqla ehtiramımı bir daha bildirirəm. Yazını Musasevərlərlə bölüşürəm: Hüseyn Şahbəndəyev "Müdriklik hesabatı" (Yazı “Xalq qəzeti”nin 22 avqust 2000-ci il sayında dərc olunmuşdur) Sevimli şairimiz Musa Yaqubun “Payızdan yaza yol varmı” adlı kitabını əlimə alanda şairlə 1993-cü ilin

Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib. Bu gün Xalq

Namiq Dəlidağlı Könül yolçuluğu uğurlu yoldadır. Budəfəki könül yolçumuz dəyərli söz adamı, istedadlı şair, jurnalist, AYB və AJB-nin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri Namiq Dəlidağlıdır. "Manevr.az", "Dalidag.az", "Sumqayitfakt.az" saytlarının qurucusu və "Dəlidağ" Ədəbi Birliyinin rəhbəri Namiq Dəlidağlı bir könül yolçusu olaraq, hər zaman yazar dostlarımızın yaradıcılığına geniş yer ayırıb, təmənnasız təbliğ edib və etməkdədir. Ona bütün könül yolçuları adından

Bu günlərdə Kəlbəcər həsrəti ilə haqqın dərgahına qovuşan şair Əlövsət Misiroğlunun anım günü oldu. Ana yurdunun azadlığını görmədən, ürəyində yara, könlündə qübar bizlərə vida edən şairin vəfatından 8 il ötdü. Qeyd edək ki, Əlövsət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1957-1961-ci illərdə doğulduğu kənddə lk ibtidai təhsil alıb. 1961-1968-ci illərdə qonşu Başlıbel kənd orta məktəbində təhsilini davam etdirib. İş

Qanlı Yanvar hadisələrindən 33 il ötür. 33 ildi göz yaşı qurumur qərənfillərin... AĞLA, QƏRƏNFİL, AĞLA! Sinələr güllə-güllə, Qan axır, dönür gülə. Qərənfillər ağlayır, Düşmənə gülə-gülə. Ağla, qərənfil, ağla! Qərənfillər qoşadı, İkisi baş-başadı. Sizdən qalan günləri Qərənfillər yaşadı. Ağla, qərənfil, ağla! Qərənfil - şəhid qanı, Ağla, qərənfil, ağla! Ağla, inlət meydanı, Ağla, qərənfil, ağla! Cavanlara qıydılar, Tanklar altda qoydular. Qanın içib doydular, Ağla, qərənfil, ağla! Hər şəhidə bir

"...Pərvanə tək səbat ilə şəm hicrinə yandım və dayandım, İnsaf elə, agah elə sirdən, axı kimdin dəli sevda? " Dalidag.az Fərid Muradzadənin yeni şeirlərini təqdim edir: * * * Vallah necə gəldin, gücə gəldin, məni yendin, dəli sevda, Döndün nura, hopdun ruha, sən qəlbimə endin, dəli sevda! Bilməm nə kəramətdir ki, gənclikdə tamam lal-kar oldun İllər boyu susdun, niyə birdən-birə dindin, dəli sevda? Hər naləsi daşlar əridən, qəlbi didən simi-kaman tək, Gizlin szıldayan, inildəyən demə səndin,

Ş air elin içərisindən çıxdığına görə, elə bineyi-qədimdən onlar “el şairi, elin dili, elin gözü, elin sözü” kimi epitetlərlə xatırlanıblar, anılıblar, unudulmayıblar. Keçmiş sovetlər dönəmində partiya və hökumətin mədhiyyəçilərinin sayını artırmaq üçün dili kəlamlı, əli qələmli yazarları da bölmüşdülər sosial-mədəni təbəqələrə. Məsələn, “xalq şairi”, “xalq yazıçısı”, “əməkdar jurnalist”, “əməkdar mədəniyyət işçisi”… və s. Sovetlər darmadağın edildikdən sonra bu “titullar” da bir növ

Mingəçevir şəhərində XIX əsrdə Azərbaycan ədəbiyyatına misilsiz söz inciləri bəxş etmiş Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilən yubiley gecəsi keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB- nin Mingəçevir bölməsinin düzənlədiyi tədbirin aparıcısı, bölmənin sədri İsmayıl İmanzadə yubiley məclisində iştirak edən ictimaiyyət nümayəndələrini, yerli yazarları, ziyalıları, Mingəçevir Dövlət Universitetinin təmsilçilərini salamlamış və aşagıdakı misralarla

Azərbaycan şairi, həm fars, həm də türk dillərində yazan Yədullah Məftun Əmini cümə axşamı, azər ayının 10-da 96 yaşında vəfat edib. Məftun Əmininin ailəsi onun ölüm səbəbini ürək dayanması olaraq açıqlayıb. Məftun Əmini 1305-ci ildə Qərbi Azərbaycanın Sayın Qala şəhərində anadan olub. Tehran Universitetində hüquq təhsili alıb və uzun illər Ədliyyə Nazirliyində işləyib. Onun 1330-cu illərdə nəşr olunan ilk şeirləri klassik üslubda olub, sonra isə yeni formalara keçib. "Göl", "Çovğun", "Nar",
Yazı axını