Bu gün istedadlı şair, AYB-nin üzvü, "Dəlidağ.az" saytının baş redaktor müvini Sevinc Qəribin doğum günüdü. Bu münasibətlə dəyərli Sevinc xanımı təbrik edir, həyatında və işlərində uğurlar diləyirik. Sevinc Qəribin bir neçə şeirlərini oxuculara təqdim edirik: ÖMÜR DƏ SIĞINIB TANRI ŞEİRİNƏ Bəzən tanımıram heç özümü də, Ruhuma yad gəlir hissim, həvəsim. Hərdən qınayıram bu dözümü də, Sıxdıqca köksümü ölüm nəfəsi. Əynim iztirabın təzə donunda, Kipriyim yuyunur köhnə yağışda. Bəlkə də işıq var

İlham Məmmədli yenicə işıq üzü görmüş şeirlər kitabına “Ömrü sözə verdim” adını seçib. Bu nə təsadüfü bir başlıq, nə də ki, təsadüfi bir ömür yolu deyil desək, heç də yanılmarıq. Kəlbəcərin Bəzirxana kəndində dünyaya göz açan, təbiətin ecazkar gözəliklərindən ilhamlanan, söz-sənət diyarından şirə çəkərək sözü ilmə-ilmə, naxış -naxış hörən, sözün qüdrətinə təşnə olan şair elə əslində ömrünü sözə verməli idi. Ömrünü sözə vermək hər bir insan oğluna qismət olan xoşbəxtlik deyil. İnsan var

Mürvət Qədimoğlu Həkəri Xəbər verdiyimiz kimi bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib. Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev E.Seyidcahana üzvlük vəsiqəsini təqdim edilib. Bu da birmənalı qarşılanmayıb və qələm adamları tərəfindən kifayət qədər etiraza səbəb olub. Dalidag.az bildirir ki, tanınmşı şair, publisist, 1994-cü ildən AYB-nin üzvü olan Mürvət Qədimoğlu Həkəri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə istefa ərizsi

Kəlbəcər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Məhəmməd Əmiraslan oğlu Vəliyev ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Fərid Muradzadə Ağacın adamı var, Yeməyə badamı var, Qardaş, gəl qapımdan gir, Desinlər: adamı var... İnsanı saçlarının dibinə qədər üşüdən yanğılı səslə çağırdığı bayatıdan sonra dərin bir köks ötürüb qırış tutmuş üzünə yayılan göz yaşlarını silib inamla dedi: "Kərəm gələcək!" Ana babamgilə gedirdim. Yolum kəndimizin sinəsi sözlə dolu, zəngin folklor nümunələri bilən, lakin bildikləri o zamanlar uşaq olduğum üçün məni də o qədər cəlb etməyən Yaxşı nənənin evinin qarşısından keçirdi. Yaxşı

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur

Tanrı bizi bir dünyada yaratmadı: dünya içində dünyalar yaratdı və biz də o dünyaların birində və ya bir neçəsində yaşayıb gedirik. Bəzən fərqində olmadan keçid edirik o dünyalar içində. Bəzən yeni dünyanı kəşf etdiyimizin fərqində oluruq. Və bir dünya var ki, oranın sakinlərinin nə dediyini ancaq özləri anlar, özləri duyar. Yaradılmış bütün insanların çox az qismi o dünyaya bələddir. O dünyanı kəşf etmək, ora daxil olmaq, oranın sakininə çevrilməyin həzzi və üstünlüyü olduğu kimi, ağır

Fərid Muradzadə D eyirlər hərənin bir qüsuru var. Doğrudur. Qüsurlu doğulmaq şəxsin qəbahəti deyil, amma qüsurlu insanları dinləməmək, onları anlamamaq digər insanların qüsurudur. Həmidin yaşı 25-i keçmişdi. Anadangəlmə pəltəkliyi vardı. Nə qədər müalicə alsa da, loqopet kurslarına getsə də onun gendəngəlmə pəltəkliyi keçməmişdi. Əslində pəltəkliyi o qədər də dəhşətli şəkildə deyildi, sadəcə nə illah etsə də "r" hərfini deyə bilmirdi. Onun bu qüsuru isə hər zaman ciddi yerlərdə elə ciddi də

Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan ədəbiyyatında olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı ilin martında 50 yaşının tamam olması

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin yeni şeirlər kitabı işıq üzü görüb. "Dalidag.az" bildirir ki, bu barədə müəllif özü məlumat verib. Kitab "Ömrü sözə verdim" adlanır. Kitabda şairin müxtəlif illərdə yazdığı, müxtəlif mövzuları əhatə edən şeirləri toplanıb. "Orxan" Nəşriyyat və Poliqrafiya müəssisəsində nəşr edilən kitabın redaktoru Əməkdar jurnalist Əlövsət Ağalarov, "Ön söz" müəllifi isə professor Vaqif Sultanlıdır. Bundan əvvəl müəllif oxuculara "Kəlbəcərin
Yazı axını