Sevinc QƏRİB SONRA... Sonra kirpiklərim yükünü atdı, boşaldı gözümün dolu tərəfi. Sonra boğazımda dağı əritdim, qəhər selə döndü o dar cığırda, çəkdi qoşunların nəfəs yolumdan, yenildi səbrimə qəzəb ordusu... Sonra zəfər çaldı çiyinlərim də, soyundu əynindən məğlub libasın. Açıldı qaşımın düyünləri də, sovruldu alnımdan qırış topası. Sonra qollarımı havaya açdım, "çiçəyi çırtladı" ümidlərimin... Sığalsız saçlarım çox ağlamışdı, sonra barmaqlarım savaba batdı. Qurudu göz yaşı saçlarımın da

Dünyaya çox insanlar gəlib gedir. Hər kəs Allahın ona bəxş etdiyi ömrü fərd olaraq qismətinə nə yazılıbsa, onu da yaşayıb gedir. Şairlər də doğulurlar. Ancaq onlar adi insanlardan fərqli olaraq ölmürlər. Şairlər ölən günü belə yenidən doğulurlar. Bu dünyaya bir Bəhmən Vətənoğlu gəldi. Gəldiyi gündən dünya boyda ağır bir yükün altına girdi. Bəhmən Vətənoğlu Azərbaycanın tanınmış klassik şairlərindəndi. Bu dahi şair Azərbaycanın ədəbi mühitində hər zaman üst qatda qərar tutmuşdur. O cəmiyyətin

Xalq şairi Məmməd Arazın səs yazısı yayılıb. Dalidag.az bildirir ki, nadir səs yazısını “partizan”a Xalq şairi Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanova təqdim edib. Onun sözlərinə görə, səs yazısı publikaya ilk dəfə təqdim olunur. Səs yazısında Xalq şairi kiminləsə ürək sözlərini bölüşür. Səfərə gedəndə kövrək olduğunu, xatirlərini bölüşdüyünü, eyni zamanda az qala vəsiyyət etdiyini deyir: “Mənim idarənin seyfində iki məktubum var. Birinin üstünə, “Açmayın, oxumayın!” yazmışam.

Dekabrın 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında keçirilən tədbirdə Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri elan olundu. Ötən ilin dekabrında start verilən yarışma Dastanoğlu Fondunun sədri, yazışı-publisist və iş adamı Rüstəm Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub. Yarışmaya poman, povest və hekayə janrları üzrə olmaqla zəfər mövzusuda yazılmış 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən yarışmada jüri üzvləri öncə hər janr üzrə 3 əsər

Dalidag.az Namiq Dəlidağlının şeirlərini təqdim edir: ...EVİMDƏ YATA BİLMƏDİM! Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş üstündə qoymayıb qalsın. Kəlbəcər azad olunandan sonra doğulub boya-başa çatdığım kəndimi ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı. Şər qarışdı, axşam düşdü, evimdə yata bilmədim. Yorğun-arğın yol gəlmişdim- evimdə yata bilmədim...

Bu gün musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günüdür. Üzeyir Hacıbəylinin zəngin musiqi yaradıcılığı olduğu kimi, bədii əsərləri də mövcuddur. Belə ki, ədibin yaradıcılığında maarifçiliyə səsləyən felyeton və satirik hekayələr üstünlük təşkil edir. Qeyd edək ki, 1995-ci ildən Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir.

Namiq Dəlidağlı Bəzən insan özündən də, ətrafından da, heyvanlardan, otlardan da, elə bütövlükdə dünyadan da küsər. Çəkilib bir köşəyə susqunluğunu, küskünlüyünü yaşamaq istəyər. Hər şeydən, hər kəsdən təcrid olunmuş halda ömrünün qalan hissəsini tənhalığın qucağında keçirmək arzusunda olar. Həmişə yox ha, yorulanda, tükənəndə. Bilirsiz də, darıxmaq hissi hamıda var. O da bir duyğudu. Bu hiss adamı çulğayanda özünə heç yerdə yer tapa bilmirsən. Eləcə baş alıb getmək istəyirsən harasa. Hara?

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanınınən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir.

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri
Yazı axını