B u hekayə yazılmayacaq. Yaşanıldığı kimi qalacaq. İkimizin yaddaşında. Bitməyəcək, sonu yoxdur. Heç əvvəli də olmayıb. Nə vaxt başladı, haçan bitəcək, bilmirəm. Yaşamaq da olmur onu. Qismət deyil. Bəs nədən yarandı, hardan gəldi... taleyin də xəbəri yoxdur. Olsaydı qoymazdı gəlməyə. Hardasa ayrı-ayrı məkanlarda ruhən, qəlbən yaxın, bir-biri üçün yaradılmış iki şəxs olur. Amma yolları heç vaxt kəsişmir. Ya heç rastlaşmırlar, ya da yanlış zamanda qarşılaşırlar. Bir-biri üçün "oddan təhlükəli"

"...Ayaz bu paltarları geyinə bilməzdi. Gözünün önünə bu çəkmələrlə azərbaycanlıların qanlı meyitlərinin üstündən şövqlə keçən Tiqran gəldi..." Dalidag.az Fərid Muradzadənin yeni hekayəsini təqdim edir: ƏSGƏR ÇƏKMƏSİ Yorulmuşdu. Hava da olduqca soyuq idi. Gecədən başlayan qar yolları keçilməz etmişdi. Taqəti tükənirdi, amma dayanmaq olmazdı. İslanmış paltarları xeyli ağırlaşmışdı. Otuz beş kiloqramlıq əsgər yükü və avtomat hərəkəti daha da çətinləşdirirdi. Ayaqları suyun içində “üzürdü”.

Namiq Dəlidağlı DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN XEYİR! İlahi, sənə şükür, diləyimiz çin oldu, Kəlbəcərə dönürük... İllərdi gözləyirdik, bu gün, həmin gün oldu- Kəlbəcərə dönürük... Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı, bu yurdun əvəzi yox-dür qayası, dür daşı. Şəhid-Şəhid göyərən hər qayası, hər daşı- Kəlbəcərə dönürük... Kimin düşsə bu yerə güzarı- sevinəcək, qalmayacaq ağrısı-azarı, sevinəcək. ...Uluların torpağı-məzarı sevinəcək, Kəlbəcərə dönürük... Var olsun milli ordum, zəfər

Essedən bir parça 2 noyabr görkəmli jurnalist, yazıçı-publisist, professor Qulu Məhərrəmlinin ad günüdür. Mən elat, tərəkəmə mühitində böyümüşəm. Elat adamları sözü açıq deməyi, dediyinin dəyərini bilməyi həmişə üstün tutur. Elat adamlarının sözü qanundan, kitabdan ötədir. Professor Qulu Məhərrəmli hansı səbəbdənsə yadıma düşəndə, ya da gözümə görünəndə düşüncəmdən şimşək kimi bir qənaətim keçir: Qulu ağzıdönməz adamdır. Atam Zal Əziz oğlu belələri haqqında deyərdi: “Oğulun ağzıdönməzi... nənəm

"...Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm, Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə..." Dalidag.az Sevinc Qəribin yeni şeirlərini təqdim edir: AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR... Həsrətimin hönkürtüsü buludları silkələyir, Dağ başında qara dönür yanağımı yuyan yaşlar. Ayrılığın üzü sərtdi ümidimi tikələyir, Vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar. Dizimə dayaq etdiyim təpər əsası çatladı, Ürəyimi calaq etdim rəngə susamış ruhuma. Off.., uzaqlara yerikləyən

Biz Türkləriz... Vətənimiz başdan-başa yer kürəsi Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi. Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər.İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin

Kəlbəcərə bəlkə də gedərdim, şəhid qanı tökülməmiş bir cığır tapsaydım... Nəyə də gedim? KƏLBƏCƏR İstəmirəm görüşünə gəlməyi, Qınasan da, məni qına, Kəlbəcər... Otuz beş il səniz ömür çürütdüm, Qoy, sənsiz də yetsin sona, Kəlbəcər... Yüz il keçə, dönsəm günün birində; Səhv salmaram, cığırların birin də !.. Qorxuram ki, görəm yoxsan yerində; Ümüdlərim təzdən sına, Kəlbəcər... Həyatımda çoxdur qara naxışlar; Ha çalışdım, azalmadı yoxuşlar... Qoyub gəlsəm, məni necə bağışlar; Yad torpaqda yatan

Azərbaycan ədəbiyyatını, xüsusən də onun poeziya qolunu əbəs yerə milli-mənəvi sərvətimiz hesab etmirlər. Həqiqətən də xalqımızın sevgisini-inamını, sevincini-kədərini, mübarizəsini, tarixini, dəyərlərini, hiss-duyğularını, bir sözlə sivilizasiya yolunu özündə gizlədən – nəsillərdən nəsillərə ötürən poeziyamız qədər ikinci bir yaradıcı sənət növü yoxdur. Ədəbiyyatımız qədər ədəbi nəsillərimiz də rəngarənglik yaradan istedadlı şəxslərdən formalaşır. Elə yaradıcı şəxslərdən biri də oxunaqlı,

VƏTƏN, TANIMIRAM HARA GƏLMİŞƏM! Gördüyüm yuxudur, yoxsa ki, gerçək? Çatmışam bəhərə, bara gəlmişəm. Kədər ilə, sevinc ilə qol-boyun, Qəlbi sınıq, könlü yara gəlmişəm. Vətən, tanımıram hara gəlmişəm! Ömür oğurladı vaxt sabahımdan, Bulud alovlandı yanan ahımdan. Bağışla, sən Allah, keç günahımdan, Görüşünə üzüqara gəlmişəm. Vətən, tanımıram hara gəlmişəm. Bizi qovuşdurdu şərəfli döyüş, Çəkdiyin həsrəti gəl mənlə bölüş. Duam olub bircə dəfə bu görüş, Ürəyi yüz yerdən para gəlmişəm. Vətən,

Şair-jurnalist Əhməd Oğuz bu gün vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirib. "Xəzər" jurnalında, "Oğuz eli" qəzetində işləyib. Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında söz şöbəsinin müdiri vəzifəsində çalışırdı. Ötən əsrin 80-ci
Yazı axını