Fransa dövlət arxivindən Azərbaycanlı yazıçının kitabı tapılıb – Şəkil

27-02-2020 14:43
Azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin (Qurban Səid) daha bir kitabının orijinalı tapılıb.
Dalidag.az xəbər verir ki, Fransada yaşayan azərbaycanlı naşir Nicat Kazımovun kulis.az-a verdiyi məlumata görə “Çar II Nikolayın bioqrafiyası” kitabını Fransa dövlət arxivindən əldə edib. Kitab 1935-ci ildə nəşr edilib.
Naşir qeyd edir ki, bu Məhəmməd Əsəd bəyin Fransada nəşr olunan ilk kitabıdır. Bundan əlavə onun bu ölkədə “Stalinin bioqrafiyası” və “Neft ölkəsi” kitabları da nəşr edilib. Nicat Kazımov tezliklə həmin 2 kitabı da əldə edəcəyini bildirib.
“Çar II Nikolayın bioqrafiyası” kitabı yenidən nəşrə hazırlanacaq.
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-02-2020 14:43
Baxış sayı: 3550
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını