Xalq şairinin xanımından gizlədilən ölümü...

20-05-2020 15:04
Dalidag.az Xalq şairi Rəsul Rza ilə bağlı 8 faktı təqdim edir:
1. Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində doğulub. Atası məşhur Məmmədxanovlar nəslindəndir.

2. O, atasını erkən itirdiyinə görə anasının və yaxın qohumlarının himayəsində böyüyüb.

3. Böyük bacıları Bakıda yaşadığı üçün 1930-cu ildə paytaxta köçüb. Burada məktəb yoldaşı və şair Abdulla vasitəsilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə tanış olub.

4. Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan “Maarif evi”ndə şairə Nigar Rəfibəyli ilə tanış olub. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləniblər. Bu evlilikdən 1938-ci il martın 18-də Anar (xalq yazıçısı) dünyaya gəlib.

5. O, 1941-ci ildə hərbi müxbir kimi Krıma gedib, Azərbaycan diviziyasında müxbir vəzifəsində çalışıb. R.Rza müxbir kimi daha çox cəbhə xəttində fəaliyyət göstərib.

6. Rəsul Rza ilə bağlı bilinən ən yanlış məlumat onun xalq şairi Səməd Vurğunla münasibətinin gərgin olmasıdır. Belə ki, Səməd Vurğun heca şeirinin ustası, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların arasındakı münasibət bəzən soyuq, bəzən isə dostcasına olub.

7. Rəsul Rza dilimizə yeni sözlər də gətirib: “çimərlik”, “işıqfor”, “çilək” və s. Eyni zamanda “Anar” adını da o yaradıb.

8. Şairə Nigar Rəfibəyli xəstə olanda Rəsul Rza dünyasını dəyişib. Şairin ölümünü hamı Nigar xanımdan gizlədib. Nigar Rəfibəyli Rəsul müəllimin Moskvada olduğunu düşünürdü. O, Rəsul Rzanın öldüyünü bilməyib. Qeyd edək ki, Rəsul Rza 1 aprel 1981-ci ildə (70 yaşında) Bakı vəfat edib. 9 iyulda isə Nigar Rəfibəyli dünyasını dəyişib.kult.az

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-05-2020 15:04
Baxış sayı: 3508
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını